AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pakistanın Baş naziri diplomatik dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib

  • + A
  • - A
  • 15-05-2025, 14:06

    Pakistanın Baş naziri diplomatik dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib

    Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Pakistanın Baş naziri Azərbaycan Prezidentinə Hindistanın ölkəsinə qarşı hərbi hücumları və atəşkəsin əldə olunduğu haqqında məlumat verib.

    Məhəmməd Şahbaz Şərif baş vermiş böhran zamanı Azərbaycanın göstərdiyi diplomatik, siyasi dəstəyə və Pakistan xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə edib, bunun ölkələrimiz arasında qardaşlıq münasibətlərinin nümunəsi olduğunu bildirib.

    İlham ƏIiyev regionda atəşkəsin təmin olunduğunu məmnunluqla qeyd edib, Azərbaycan xalqı və dövləti tərəfindən Pakistana dəstəyin və həmrəyliyin ifadə edildiyini bir daha diqqətə çatdırıb.

    Telefon danışığı zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR