AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Heydər Əliyev Fondu və Diaspor Komitəsindən Qarabağa İdeoloji Dirçəliş - Jurnalist Ülkər Piriyeva

  • + A
  • - A
  • Bu gün, 12:31

    Heydər Əliyev Fondu və Diaspor Komitəsindən Qarabağa İdeoloji Dirçəliş - Jurnalist Ülkər Piriyeva
    Politoloq/Jurnalist
    Ülkər Piriyeva


    Bakı, 4 avqust — Azadmedia.az

    Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsinin keçirilməsi sadəcə bir yay tədbiri deyil, Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi strateji humanitar siyasətin mühüm elementidir. Bu düşərgə ilk növbədə göstərir ki, Azərbaycan artıq Xankəndini təkcə coğrafi yox, həm də ideoloji baxımdan bütöv milli yaddaşa geri qaytarır.

    Dünyanın 61 ölkəsindən gələn azərbaycanlı gənclər və dost xalqların nümayəndələri bu şəhərdə bir araya gələrək Qarabağın yeni reallığını öz gözləri ilə görür, bu həqiqəti informasiya cəbhəsində də yaymağa hazır olan canlı “diplomatlar”a çevrilirlər. Məhz bu baxımdan Yay Düşərgəsi informasiya müharibəsinin tərkib hissəsi, yumşaq gücün tətbiq forması və milli həmrəyliyin təbliğ alətidir.

    Digər tərəfdən, bu tədbir Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin strateji əməkdaşlığının uğurlu nümunəsidir. Gənclərin bu formatda Xankəndidə toplaşması həm də beynəlxalq ictimaiyyətə ünvanlanan mesajdır: Azərbaycan suverenliyini sadəcə ərazi bütövlüyü kimi yox, həm də milli şüurun və gənc nəslin gələcəyə baxışında təsdiqləyir.

    Bu düşərgə Xankəndidə mədəni və intellektual həyatın bərpasının başlanğıcıdır. Bu mənzərə beynəlxalq arenaya bir daha bəyan edir ki, Qarabağ artıq separatizmin deyil, dialoq, sülh və inkişafın məkanıdır.

    Bəli, Diaspor Gənclərinin Yay Düşərgəsi Azərbaycanın yumşaq güc diplomatiyasının, milli ideologiyanın və post-münaqişə reallıqlarının mühüm strateji alətinə çevrilib. Bu gənclər Xankəndidən öz ölkələrinə yalnız xatirə deyil, həm də Azərbaycanın yeni həqiqətlərini aparacaqlar. Bu isə gələcəyin informasiya müharibəsində ən güclü silahdır: faktlar, təcrübə və yerində şahidlik.

    Bu həm də, Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi strateji humanitar siyasətin önəmli təzahürüdür. Bu düşərgə sübut edir ki, Azərbaycan Xankəndini təkcə ərazi bütövlüyü prizmadan deyil, həm də milli ideoloji mərkəz kimi geri qaytarır.

    Bu gənclər, Qarabağın yeni reallıqlarını öz gözləri ilə görür, bu həqiqətləri bütün dünyada yaymağa hazır canlı “informasiya elçilərinə” çevrilirlər. Bu baxımdan Yay Düşərgəsi Azərbaycan diaspor siyasətinin informasiya diplomatiyası ilə sintezinin parlaq nümunəsidir.

    Burada xüsusilə qeyd etmək lazımdır ki, bu strateji tədbirin uğurlu təşkilində Diasporla İş üzrə Dövlət Komitəsinin məqsədyönlü fəaliyyəti, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızın milli mənsubiyyət ruhunda birləşdirilməsi istiqamətində atılan addımlar çox böyük rol oynayır. Komitənin təşəbbüsü, gənclərin şəbəkələşməsi, dünyaya Azərbaycanın haqq səsini yaymaq imkanlarının genişləndirilməsi bu tədbirdə aydın görünür.

    Eyni zamanda, Heydər Əliyev Fondu bu prosesin ideoloji dayağı və mədəni zənginlik mənbəyidir. Fondun təşkilatçılıq dəstəyi, intellektual məzmunun, elm, mədəniyyət və incəsənət xadimlərinin cəlb olunması düşərgəyə sadəcə gənclər toplantısı yox, milli ideya daşıyıcısı statusu verir. Ulu Öndər Heydər Əliyevin irsinin qorunması, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın siyasi iradəsi bu fondun fəaliyyətində aydın hiss olunur.

    Beləliklə, Diaspor Gənclərinin Yay Düşərgəsi həm Diasporla İş üzrə Dövlət Komitəsinin məqsədyönlü diaspor strategiyasının, həm də Heydər Əliyev Fondunun milli ideoloji dayaqlar yaradan mədəni və mənəvi missiyasının uğurlu sintezidir. Bu düşərgədən geri dönən hər gənc, əslində, Azərbaycanın yeni reallıqlarının daşıyıcısına çevrilir – bu isə gələcəyin informasiya müharibəsində ən güclü və etibarlı silahdır...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR