AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsini təsdiqləyib

  • + A
  • - A
  • 29-12-2025, 15:08

    Prezident İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsini təsdiqləyib

    Prezident İlham Əliyev İcbari Tibbi Sığorta Fondunun (İTSF) 2026-cı il büdcəsi haqqında fərman imzalayıb.

    Fərmana əsasən, gələn il İTSF-nin büdcə xərclərinin 2 milyard 621,5 milyon manat (bu illə müqayisədə 10,9 % az) olması proqnozlaşdırılır.

    Xərclərin 1 milyard 976 milyon manatının Fondun gəlirlərinin (23,2 % az), 645,5 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (74,5 % çox) hesabına qarşılanması nəzərdə tutulur.

    2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 900 milyon manatı və yaxud 2,2 %-i İTSF-yə ayırmaların payına düşəcək. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 36,5 % azdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR