AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

  • + A
  • - A
  • Bu gün, 15:10

    Birinci sinfə elektron qəbul yenidən aktivləşir

    16 sentyabr saat 11:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi prosesi başlayacaq.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilir.

    Bildirilib ki, proses 30 sentyabr saat 15:00-dək davam edəcək. Qeyd olunan tarixədək övladları üçün mektebeqebul.edu.az portalında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladlarının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.

    Qeyd olunub ki, elektron qəbul prosesi yalnız üzrlü səbəbdən birinci sinfə qeydiyyatı gecikən və müəyyən edilmiş müddətdə elektron sistemdə sorğu yerləşdirən uşaqları əhatə edir. 2026–2027-ci tədris ili üzrə bu günədək 124 mindən çox uşaq birinci sinfə qəbul olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR