AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Postpandemiya dövründə Azərbaycanın əmək bazarında hansı dəyişikliklər olacaq? - MÖVQE

  • + A
  • - A
  • 3-06-2020, 13:53

    Postpandemiya dövründə Azərbaycanın əmək bazarında hansı dəyişikliklər olacaq? - MÖVQE“Postpandemiya dövründə əmək bazarının strukturunun dəyişəcəyi gözlənilir”.

    Bu barədə AzadMedia.Az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov deyib.

    O bildirib ki, postpandemiya dövründə yeni ixtisaslara tələbatın artacağı ehtimalı var:

    “Koronavirus pandemiyası dövründə prioritet ixtisaslara - avtomatlaşdırma sahəsi, onlayn idarəetmə və digər ixtisaslara maraq artacaq. Bu istiqamətdə tələbatın yüksəlməsini nəzərə alsaq, Azərbaycanın əmək bazarında belə kadrların sayının artacağı da proqnozlaşdırılır”.

    Deputat bildirib ki, postpandemiya dövrü peşə təhsili məsələlərinə də təsirsiz ötüşməyib.

    “Bu istiqamətdə müəyyən dəyişikliklərə zərurət yaranıb. Sözsüz ki, həm Təhsil Nazirliyi, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən koronavirus pandemiyasından sonrakı dövrdə təhsil və peşə təlimlərinin daha da təkmilləşdirilməsi istiqamətində müzakirələr gedir.

    Bu isə ondan xəbər verir ki, pandemiyadan sonra paytaxtda, eləcə də, regionlarda peşə təlimi mərkəzlərinin daha aktiv hala gətirilməsini müşahidə edə bilərik.

    Nəzərə alaq ki, Asiya İnkişaf Bankı da peşə təhsilinə dəstək vermək niyyətindədir. Bu, onu göstərir ki, beynəlxalq maliyyə qrupları da peşə təhsilinin təkmilləşdirilməsində maraqlıdır. Peşə təhsilinə xarici təcrübənin cəlb edilməsi, maliyyələşdirmə mexanizminin daha da təkmilləşdirilməsi baxımından önəmlidir.

    Güman olunur ki, paytaxt və regionlarda postpandemiya dövründə daha çox peşə təhsili məktəblərinin sayı artacaq və xüsusilə də bu dövrdə aktual olan ixtisaslara üstünlük veriləcək”, - deyə Vüqar Bayramov qeyd edib.

    Deputat onu da əlavə edib ki, təhsil və ixtisaslar üzrə də yeniliklərin tətbiqinə ehtiyac var:

    “Bəzi universitetlərdə, eləcə də, Azərbaycan Dövlət İqtisad Universitetində postpandemiya dövrünə hazırlıq gedir. Yeni qurumların yaradılması, universitetdaxili qurumların ləğv edilməsinə başlanılıb.

    Bu da ondan xəbər verir ki, bütövlükdə təhsil sistemində ixtisasların, xüsusilə postpandemiya dövründə tələbatın artacağı, peşəkar kadrlara ehtiyac olacaq sahələrə diqqət artacaq. O cümlədən, onlayn təhsilin daha da gücləndiriləcəyi proqnozlaşdırılır.

    Odur ki, koronavirus pandemiyasından sonra biz təhsil sistemində yeni ixtisasların yaranmasının, əmək bazarında yeni peşələr üzrə mütəxəssislərə tələbatın artdığının şahidi olacağıq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR