AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Erməni faşizmi – Qafqazın başı üstə dolaşan kabus

  • + A
  • - A
  • 22-09-2020, 17:11



    (Əgər dünya tarixə gerçəyin gözü ilə baxa bilsəydi...)

    Daşnaklar 1918-ci ilə qədər ermənilərin tarixdə heç bir dövrdə tam müstəqil dövlətləri olmadığına görə öz ideologiyalarını başqalarından mənimsəmə prinsipi üzərində qurmuşdular. Qafqazın hüdudlarından kənarda formalaşmış erməni etnosu həyasızcasına Qafqazda özünə dövlət qurmağa nail olsa da, “böyük Ermənistan” yaratmaq xülyasından əl çəkmədi. Zəngəzur canisi Garegin Njde hələ 1920 - ci ildə alman faşizmindən çox da fərqli olmayan bir təlim ortaya atmışdı. Adolf Hitlerin “irq dövləti” anlayışı Njdenin təlimi ilə eyni anlama gəlirdi.

    "Türkləri və rusları mən elə bir zövqlə öldürürəm ki, onları sanki döyüşdə və göylərdə məhv edirəm" deyən Qaregin Njdenin faşist düşüncəsi zaman-zaman “kiçik” ixtisarla Daşnak Partiyasının tör-toküntülərindən formalaşan Ermənistanın hakim zümrəsinin ideoloji silahına çevrildi. Erməni-daşnak-faşist düşüncəsində rusun və ya hər hansı güclü dövlətin “qılığına” girib türkü öldürmək, onun torpağına sahiblənmək günah sayılmırdı.

    1920-ci ilin dekabrında Zəngəzurda "Dağlıq Erməni Respublikası"nın yaradılmasını elan edən Njde öz silahdaşları ilə Qarabağ və Naxçıvanda yaşayan azərbaycanlı əhalini kütləvi surətdə qətlə yetirirdi. Bu faciələri törətməklə o, Azərbaycanın Türkiyə ilə quru ərazisindən mərhum edilməsi məqsədini güdürdü.

    SSRİ-nin dövründə cinayətlərinin üstünün açılacağından qorxan Njde 1920-ci ildən sonra Bolqarıstana qaçdı, sonra nasist Almaniyasına gedərək faşistlərə qoşuldu. Həmin dövrdə və daha sonrakı illərdə Njde daşnaklar tərəfindən nəşr edilən “Hayastan” (Plovdiv), “Araks” (Sofiya), “Azatamart” (Paris) kimi müxtəlif jurnal və qəzetlərdə aktiv rol almışdı. Bütün yazılarının tək hədəfi türklər və Türkiyə, Azərbaycan, tək məqsədi də xarici ölkələrə dağılmış ermənilərdə türklərə qarşı genetik bir nifrət meydana gətirmək idi.

    Erməni daşnaklarının tör-töküntüləri isə xalqımıza qarşı həyata keçirdikləri siyasətdən 1918-ci ilin Mart soyqırımından sonra, 1920-ci ilin Sovet işğalında da istifadə etdilər. Bolşevik libası geyinmiş daşnaklar bu dəfə xalqımızı sovet hakimiyyətinin “qurucuları” cildinə girərək qırdılar. Onlar Dövlət Təhlükəsizliyi Komitəsində və Xalq Daxili İşlər Komissarlığında əsas mövqeləri ələ keçirdilər. Erməni “çekistləri” uydurma “cinayət işləri” qaldıraraq 20-30-cu illərdə xalqımıza qarşı kütləvi repressiyalar həyata keçirdilər.

    Xalq arasında NKVD kimi tanınan Xalq Daxili İşlər Komissarlığının rayon şöbələrinin də əksəriyyətinə belə ermənilər rəhbərlik edirdilər. Lənkəranda Movsesyan, Astarada Arakelov, Lerikdə Xaçaturov, Astraxanbazarda (indiki Cəlilabad) Avakyan, Puşkində (indiki Biləsuvar) Zəkəryan, Yardımlıda Sevonyan, Masallıda Aşot Avanesov, Naxçıvan MR-da Baqdasarov, İonesyan, Yevdiyan, Ağacanov Vartan və başqa erməni millətçilərini buna misal göstərmək olar. Bu adamlar azərbaycanlıların, xüsusilə ziyalıların, zədəganların, din xadimlərinin daha çox repressiyaya məruz qalmasında özləriniin “tarixi düşmənçilik” prinsiplərini əsas tutaraq, güya “yuxarının” göstərişlərini xüsusi canfəşanlıqla yerinə yetirirdilər.

    Əsasən ermənilərdən ibarət olan fövqəladə Üçlüklər Naxçıvan, Qarabağ, Şəki, Zaqatala, Quba, Lənkəran, Abşeron və başqa yerlərin minlərlə sakinini güllələnməyə məhkum edir, sürgünə göndərirdilər.

    Njde isə o zaman Almaniyada Hitlerlə görüşmüş və general rütbəsinə yüksəlmişdi. 1942-ci il dekabrın 15-də almanlar tərəfindən təsis edilmiş Erməni Milli Şurasının yeddi üzvündən biri Qaregin Njde idi və onun rəhbərliyi altında Almaniyada yaradılmış erməni dəstələri Krımın işğalı və Qafqaza hücum əməliyyatlarında fəal iştirak etmişdi.

    1944- cü ildə Sofiya şəhəri Sovet Ordusu tərəfindən tutulduqdan sonra Njde həbs edilərək SSRİ-yə gətirildi, 1955-ci ilə kimi Moskva, İrəvan, Vladimir və Daşkənd türmələrində saxlanıldı, 1955-ci ildə Vladimir türməsində öldü. Amma onun faşist ideyaları erməni millətçiləri arasında yaşadı.

    1965-ci il aprelin 23-də uydurma "erməni soyqırımı”nın 50 illiyinin Ermənistanda qeyd edilməsi soydaşlarımızın yenidən öz doğma ata-baba torpaqlarında sıxışdırılmasına güclü təkan verdi. Bəli, düz 55 il əvvəl əsası qoyulan həmin Memorial Kompleks Njdenin ardıcılları olan hiyləgər erməni faşistlərini Avropa və Amerikada himayədar axtarmaq və onların qoltuğuna sığınaraq gələcəkdə dünya miqyasında antitürk təbliğatı aparmağa qarant oldu.

    80 - ci illərdə genində və ruhunda ən qatı faşist təfəkkürü daşıyan Zori Balayanın Qarabağda –Xankəndində keçirilən bir toyda: “…Allah Qarabağı qoruyacaqdır, çünki Allahın özü də erməni və qarabağlıdır” fikri erməni faşizminin irəlidə daha təhlikəli miqyas alacağına, daha dəhşətli faciələr törədəcəyinə əsas verirdi. Elə bu cür sərsəm bəyanatlardan sonra “1992-ci ilin fevralın 26-da Xocalını Andranikin ad gününə hədiyyə etdik” deyən ermənilər Hütlerin də Mussolinin də faşist ruhunu beşqat şad etdilər.

    2004-ci ildə Ermənistanda iqtidarda olan Serj Sarkisyanın mənsub olduğu Ermənistan Respublikaçılar Partiyası tərəfindən çap edilmiş “Garegin Njdenin təlimi” kitabı (Garegin Njde i eqo uçeniya” İzdatel- Respublikanskaya Partiya Armenii , Yerevan-2004) hər bir erməni üçün stolüstü kitab anlamına gəlirdi.

    Artıq 30 ilə yaxındır ki, torpaqlarımızın 20 faizi işğal altındadır. BMT-nin 4 Qətnaməsi 28 ildən çoxdur ki, Ermənistan tərəfindən saya salınmır. Beynəlxalq təşkilatlar isə Ermənistan hakimiyyətinin bu əməllərini görməməzlikdən gəlir. Ermənistanın da havadarlarına arxayın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Əgər dünya tarixə gerçəyin gözü ilə baxa bilsəydi, o zaman erməni faşizmi də alman faşizmi kimi öz yuvasında çoxdan məhv eilərdi ...

    Nurəddin Muğanlı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR