Ermənistan tarixin “Bermud üçbucağında” batmağa məhkumdur
1991-ci ildə müstəqilliyini elan etdikdən sonra Ermənistanı tanıyan ölkələr içərisində yaxın qonşusu Türkiyə də yer almışdı. Ancaq Dağlıq Qarabağda separatçı fəaliyyətlərini gücləndirməsi və Azərbaycan torpaqlarının işğalı Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına imkan vermədi. Ermənistanın hərbi birləşmələri 1993-cü ildə Dağlıq Qarabağa aidiyyəti olmayan Azərbaycanın Kəlbəcər bölgəsini işğal etdikdən sonra isə Türkiyə Ermənistanla sərhədi qapatmaq qərarını verdi.
Rəsmi İrəvan ilk gündən Türkiyə ilə münasibətləri nizamlamaq istəyrkən, Dağlıq Qarabağ münaqişəsinin nəzərə alınmamasından çıxış edirdi, həm də sərhədin açılmasının hər iki ölkə üçün əhəmiyyətli olacağını vurğulayırdı. Türkiyənin mövqeyi isə qəti idi: “Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Ermənistanla sərhəd açılmayacaq”.
Azərbaycan və Türkiyə ilə düşmən münasibətlərinə sahib bir ölkənin iqdisadi durumi qış aylarında daha da gərginləşirdi. Nəqliyyat yollarını buz bağladığından və daim dağ uçqunları olduğundan Rusiya ilə Gürcüstan arasından sərhəd keçid məntəqəsindən malların daşınması çətinləşirdi. Ona görə Ermənistan Gürcüstan üzərindən Rusiya ilə əlaqəni bərpa etmək siyasəti yürütməyə başladı.
Lakin gürcülər də ermənilərin xislətinə bələd idi. 1918 –ci ildə müstəqillik əldə edən bu iki ölkə arasında qısa müddətinə də olsa müharibə baş vermişdi. Məlum məsələ iidi ki, müharibəni ermənilər ərazi iddiasına görə başlamışdılar. Ermənistanın notasına görə, Gürcüstan Borçalı, Axalkalaki qəzalarından və Tiflis də daxil olmaqla, eyniadlı qəzanın bir hissəsindən imtina etməli idi.
Döyüşlər isə Azərbaycan türklərinin elliklə yaşadığı və tarixən onlara məxsus olan Borçalı qəzasında gedirdi. Uzun zamanlar hər iki ölkənin – Ermənistan da, Gürcüstan da ərazisi Qaraqoyunlular, Ağqoyunlular, Osmanlılar və Səfəvilər imperiyaların tərkibində olmuşdu. Erməni də,
gürcü də taxtı-tacında əzəmətli türk hökmdarları oturan həmin imperiyaların təbəələri sayılırdılar. Hətta onlara rəhbərlik edən şəxslər də türk bəylərbəyliyi idi.
1918-ci ilin sonunda baş verən erməni – gürcü savaşında minlərlə gürcüstanlı dinc əhali, kəndlər, mədəniyyət abidələri erməni qəddarlığının qurbanı oldu, on minlərlə vətəndaş yurd-yuvasından didərgin düşdü. Sovet dövründə də ermənilərin Gürcüstana qarşı ərazi iddiaları səngimədi. Sovet ittifaqı dövründə qanlı hadisələr yaşanmasa da ermənilər bəzi əraziləri gürcülərdən qoparmağa nail oldular və bu istiqamətdə onların fəaliyyəti bu gün də davam edir. Nə yaxşı ki, Gürcüstanda torpaq iddiası ilə ermənilərin törətdikləri vəhşilikləri hələ də unutmayanlar və bunun gələcəkdə də təkrarlanmaması üçün çalışan proqresiv düşüncəli insanlar yetərincə var.
Artıq heç kimə sirr deyil ki, vaxtilə Cənubi Qafqaza kənar əyalətlərdən köçürülən ermənilər bu bölgədə dövlət qurandan sonra öz qonşuları - Türkiyə, Azərbaycan və Gürcüstanla siyasətini də onu himayə edən gücün mövqeyinə uyğun aparmaqdan zövq alır. Məhz buna görə BMT-də dəfələrlə Gürcüstanın ərazi bütövlüyünə zidd sənədlərə imza atmışdır. Elə Abxaziya və Cənubi Osetiya ilə bağlı səsvermələrdə Ermənistan Rusiyanın diktəsi ilə səs vermişdi. Bu da onun Cənubi Qafqazda müstəqil dövlət kimi yox, Rusiyanın bir quberniyası olduğunu təsdiqləyən əsas amillərdən biridir.
Digər tərəfdən, rəsmi Tbilisi çox yaxşı anlayır ki, Azərbaycan Gürcüstan üçün Ermənistandan dəfələrlə vacib və faydalı tərəfdaşdır. Gürcüstan bu gün Ermənistanla əlaqələr olmadan yaşaya bilər. Ancaq Azərbaycansız getdikcə zəifləyə bilər.
Bu gün erməni lobbisini ölkənin gələcək taleyindən daha çox öz maraqları düşündürür, Ermənistan hakimiyyəti isə ölkədəki iqtisadi geriləməni Azərbaycanla sərhərddə təxribat törətməklə, atəşkəsi pozmaqla ört-basdır etmək istəyir. Ermənistanda isə iqtisadi durum getdikcə ağırlaşmaqdadır, əsas strateji ortağı Rusiya ilə birbaşa sərhədi olmadığından Gürcüstan üzərindən tranzit yolu həm ona baha başa
gəlir, həm də bu yol qeyri-stabildir. İranla Rusiyaya qoyulan sanksiyalar bu ölkələrdən gələn malların idxalında problemlər yaradır.
Bu da onu göstərir ki, erməni lobbisi, Paşiniyanın yürütdüyü siyasət ölkəni bataqlığa sürükləyir. Söz yox ki, ölkədə hakim partiya heç bir zaman öz faşist ideologiyasını gizlətməyib və məhz hakim partiyanın ideologiyası uzun illərdir ki, Qaregin Njdenin (1886-1955) siyasi düşüncəsinə əsaslanır. 1918-1920-ci illərdə hazırkı Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin banisi Qareginin faşist Almaniyası ilə sıx əlaqələri Rusiya başda olmaqla MDB məkanında olan bütün dövlətlərə məlumdur. Məhz Qaregin İkinci Dünya müharibəsində nasist uniformasını geyinmək üçün Almaniyaya gedib Adolf Hitlerin “xeyir-duasını” almışdır. Bu isə onu söyləməyə əsas verir ki, Ermənistanın siyasi elitası insanlığın utancı olan faşist ideologiyasını mənimsəməklə özünü gec-tez elə faşist Almaniyası kimi tarixin “Bermud üçübucağında” batmağa məhkum edəcək.
Nurəddin ƏDİLOĞLU