AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş Prokuror və Hərbi Prokuror cəbhəboyu zonada - Fotolar

  • + A
  • - A
  • 26-09-2020, 13:43



    Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Baş prokuror Kamran Əliyev, Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

    “Qafqazinfo” xəbər verir ki, əvvəlcə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib. Müdafiənin ön xəttində döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşlərdə döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması, hərbi kollektivlərdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulan tələblər və nizamnamələr çərçivəsində qurulması, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb.

    Hərbi qulluqçularla görüşlər zamanı Ali Baş Komandanının ordu qarşısında qoyduğu tapşırıqlar şəxsi heyətin diqqətinə çatdırılıb. K.Əliyev hərbi xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim edib.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR