1 oktyabr- Beynəlxalq Ahıllar Günüdür
Ahıllara qayğı nəsillərarası dialoq müstəvisində
“Yaşlı nəsil milli-mənəvi dəyərlərimizin qızıl fondudur”
Ümummilli lider Heydər Əliyev
Yaşlı nəslin nümayəndələrinə hörmət va ehtiram xalqımızın milli-mənəvi dəyərlərinin əsas göstəricisidir. Zəngin həyat təcrübəsi ilə gələcək nəsillərə örnək olan ahıllara diqqət və qaygı nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini möhkəmləndirmək kimi mühüm amala xidmət edir. Olkəmizdə dövlətimizin hərtərəfli qaygısı ilə əhatə olunan ahıl insanlara qayğı ildən-ilə artır. Onlara müxtəlif növ xidmətlərin göstərilməsi, maddi-maişət şəraitinin yaxşılaşdırılması, cəmiyyətə hərtərəfli inteqrasiyası daim dövlətin diqqət mərkəzindədir. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük həssasllqla yanaşmışdır və bu cür münasibətin nəticəsi olaraq 22 iyun 2001-ci ii tarixində "Ahıllara sosial xidmət haqqında" Qanun qəbul olunmuşdur. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə, ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunmuş, onlara sosial xidmətlə bağlı məsələlərin həlli üçün hüquqi-normativ baza yaradılmışdır. Milli və bəşəri dəyərlərə söykənən bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir. Ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması ölkə Prezidentinin daim diqqət mərkəzindədir. Dövlət qarşısında xüsusi xidmətləri olmuş ahılların bir qismi bu gün əmək pensiyaları ilə yanaşı, Azərbaycan Prezidentinin təqaüdü ilə də təmin olunurlar. Onların dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təminatı sahəsində ciddi tədbirlər həyata keçirilir.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ahıllara xüsusi diqqət və qayğısı da böyük rəğbətlə qarşılanır. Xeyirxahlığı ilə hər bir kəsə örnək olan Mehriban xanımın Əliyevanın təşəbbüsü ilə Fondda ahıllarla, müharibə və əmək veteranları ilə mütəmadi görüşlər keçirilir, onlar üçün müxtəlif tədbirlər, bayram şənlikləri təşkil olunur, yaşlı insanların sağlamlığı diqqətdə saxlanılır, onlar Fondun dəstəyi ilə səhiyyə ocaqlarında müayinə edilirlər. Bütün görülən işlər, həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin hər bir vətəndaşına olan diqqətinin bariz göstəricisidir.
Yaşlıların sosial poblemlərinin həllinə köməklik məqsədilə 2014-cü ildə “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi (ATD İB) yaradılmışdır. Əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini təbliğ edən, yaşlı və tənha insanların problemləri ilə
bağlı elmi araşdırmalara dəstək verən, müvafiq sahədə maarifləndirmə işi aparan İctimai Birlik fəaliyyəti dövründə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bir sıra layihələr həyata keçirmiş, yaşlıların sosial problemlərinin həllinə yardımçı olmuşdur.
Xalqımızın dini və milli-mənəvi dəyərlərinin təcəssümü olan Ramazan və Qurban bayramları ilə bağlı təşkil olunan xeyriyyə tədbirləri xoş ənənəyə çevrilmişdir. Bu il İctimai Birlik sərt karantin rejimi çərçivəsində kütləvi tədbirlərin qadağan edildiyi bir şəraitdə öz ənənəsinə sadiq qalaraq, müqəddəs Qurban bayramı günlərində ehtiyacı olan ailələri və ahılları xeyriyyəçilik addımı ilə sevindirmiş, təşkilatın rəhbərliyi və üzvləri aztəminatlı ailələrə baş çəkmiş, qurban payını 60-dan çox ünvana çatdırmışlar.
1 oktyabr - Beynəlxalq Ahıllar Günü ərəfəsində İctimai Bilrlik üç layihəyə imza atmışdır. İlk layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə maddi ehtiyacı olan ahıl yaşlı və tənha insanlara ərzaq məhsulları ilə yardım göstərilməsi məqsədilə xeyriyyə tədbiri keçirilmiş, paytaxt və ətraf ərazilərdə yaşayan çoxsaylı vətəndaşlar “Rahat market”lər şəbəkəsində 50 manat məbləğində alış-veriş imkanı yaradan bazarlıq kuponları ilə təmin edilmişlər. İkinci layihəmiz “Qabarli əllərin möcüzələri” adlı xeyriyyə tədbirinin - yaradıcı yaşlı insanların rəsm və əl işlərindən ibarət onlayn sərgi-satış yarmarkasının keçirilməsi ilə bağlı olmuşdur..
Uzun və mənalı ömür yolu keçmiş, yiyələndiyi ixtisas və sahib olduğu peşə üzrə zəngin həyat təcrübəsi toplamış, nümunəvi fəaliyyəti və şəxsi keyfiyyətləri ilə bu gün cəmiyyətdə kifayət qədər tanınan yaşlı insanlar çoxdur. Lakin bu cür keyfiyyətlərə malik, amma geniş ictimaiyyətə məlum olmayan ahıllarımız daha çoxdur. “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin növbəti layihəsi bu cür insanları cəmiyyətə tanıtmaq məqsədilə gerçəkləşmişdir. Biz geniş oxucu kütləsinə hər birində 7 məqalə olmaqla kitablar dəsti təqdim etmək və bununla uzun ömür yolu keçmiş, möhkəm ailə qurmuş, layiqli övladlar yetişdirmiş, vicdanla çalışmış və ətrafdakıların hörmətini qazanmış, ən başlıcası isə, öz həyat mövqeyi ilə gənc nəslə örnək ola biləcək yaşlı insanları ictimaiyyətə tanıtmaq niyyətindəyik. Layihə üzrə nəşrlərin “Qarşınızda baş əyirik” adlı ilk buraxılışına ölkənin müxtəlif bölgələrində yaşayan ağsaqqallar və ağbirçəklər haqqında oçerklər daxil edilib. Bu layihəyə imza atmaqla həm ahıllarımıza sevgi və ehtiramımızı ifadə etmiş, həm də gənclərə yaşlı insanların tövsiyələrindən bəhrələnmək imkanı yaratmış oluruq. Məlumdur ki, ahıllar özünəməxsus xüsusiyyətlərə, ehtiyaclara, maraqlara və dəyərlərə malik olan yaş qrupuna aid insanlardır. Nəsillərarası dialoqun düzgün formalaşması üçün onların bu göstəricilərini tədqiq etmək olduqca vacibdir. Bu məqəsdlə İctimai Bilrlik peşəkar mütəxəssislər cəlb olunmaqla gənclərin ahıllara münasibətini öyrənib təhlil etmək, onların yaşlılara nə cür dayaq olduqlarını
müəyyənləşdirmək, yaşlı nəslə neqativ münasibət doğuran səbəbləri aşkarlamaq və düzgün münasibətin yollarını araşdırmaq məqsədilə sosioloji sorğu keçirmək niyyətindədir.
ATD İB ahılların ayrı-ayrı imkanlı hüquqi və fiziki şəxslər tərəfindən himayəyə götürülməsi təcrübəsinə, onlar üçün hüquqi məsləhət xidmətinin inkişafına geniş dəstək vermək, tələbə və məktəblilər tərəfindən ahıl vətəndaşlara evlərində, ictimai yerlərdə xidmət göstərilməsi işinin, ixtisaslaşdırılmış psixoloji tibbi xidmətlərin təşkilində, mədəniyyət ocaqlarında dərnək, bədii özfəaliyyət kollektivləri və maraqlar üzrə klubların yaradılmasında fəal iştirak etmək, ahıl vətəndaşların problemlərinin öyrənilməsinə dair mütəmadi sorğular keçirmək, onların ailədə, uşaqlar və yeniyetmələr arasında tərbiyəvi rolunun təbliği məqsədilə təhsil müəssisələrində görüşlər təşkil etmək, gələcəkdə isə xüsusi olaraq ahıllar üçün dövrü nəşr – nəfis tərtibatlı və dolğun məzmunlu dərgi təsis etmək və valideyn himayəsindən məhrum olmuş uşaqlarla birgə yaşayış üçün hər bir şəraiti olan xüsusi sığınacaq təşkil etmək niyyətindədir. Biz İctimai Birlik üzvlərinin sayını artırmaq və gənclərdən ibarət könüllülər qrupu yaratmaq barədə də düşünürük. Ağsaqqallar və ağbirçəklər hörmətli və müdrik adamlar hesab olunurlar. Amma uşaq kimi kövrək, yumşaq qəlbli olan ahılların qayğıya və xoş rəftara ehtiyacı var. Bu insanların qəlbini oxşamaq onlar üçün böyük təsəllidir. Ahıllara dəstək olmaq hər birimizin, xüsusilə də gənclərin mənəvi borcudur. Bu borcu yerinə yetirməklə hər birimiz nəsillərarası dioloqu zənginləşdirmiş oluruq.
Ruhiyyə Məmmədova,
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri