Hər bir ölkənin və onun əhalisinin təhlükəsiz, əmin-amanlıq şəraitində, rifah halında yaşaması güclü dövlətin ən mühüm şərtidir. Bu mənada müstəqil, gənc Azərbaycan dövləti dünyanın bir çox inkişaf etmiş dövlətləri ilə müqayisə edilə bilər. Dövlətimizin ildən-ilə artan sosialyönümlü büdcəsi də bunu söyləməyə imkan verir. Dövlətin və cəmiyyətin idarə olunmasında müəyyən mexanizmlər mövcud olsa da, bütün maddi və mənəvi problemlərin həllində dövlət daim cəmiyyətin dəstəyinə arxalanır. Dinamik iqtisadi tərəqqi dövrünü yaşayan ölkəmizdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial cəhətdən həssas əhali qruplarına göstərdiyi xüsusi diqqət və qayğı əlilliyi olan şəxslərin, o cümlədən gözdən əlillərin də sosial müdafiəsinin mütəmadi olaraq gücləndirilməsinə imkan yaradır.
Hazırda əlilliyi olan insanlar və onların ailə üzvləri də nəzərə alınarsa, Yer kürəsində təqribən iki milyarda yaxın insan əlilliyin doğurduğu problemlərdən əziyyət çəkir. Azərbaycan dövləti isə əlilliyin acılarını yaşayan vətəndaşlarını taleyin ümidinə buraxmır, onların cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlər görür.
"Görmə qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün informasiya və digər yönlü mərkəzlərinin yaradılması" layihə işləri gözəl şəkildə davam edir.
Hüquqi dövlət olan Azərbaycan dövləti insan və vətəndaş hüquqlarının təmin edilməsi məsələsini daim diqqət mərkəzində saxlayır.