AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ermənilik” ideologiyasının analoqu olmayan vəhşilikləri

  • + A
  • - A
  • 16-10-2020, 12:30


    Nurəddin ƏDİLOĞLU yazır:

    Ermənistanın hərbi-siyasi rəhbərliyi yenə öz murdar simasını həmişə olduğu kimi ortaya qoyur, humanitar atəşkəs rejimini pozaraq xaincəsinə mülkü vətəndaşlarımızı atəşə tutmağa davam edir.

    Gəncə şəhərində, Tərtərdə, Ağdamda və digər rayonlarda dağıdılmış evlərin, məktəblərin, bağçaların, yaralanmış və qətlə yetirilmiş dinc sakinlərin şəkillərinə baxanda erməni vəhşiliyinin miqyasını sözlə ifadə etmək adama çox çətin gəlir.

    “Ermənilik” ideologiyası vaxtı ilə çar Rusiyasının Şərq geopolitikasında - Qafqaz siyasətinin ideoloji silahı və aləti kimi “Qriqorian kilsəsi”nə transfer edilmiş və daima oradan ictimai-siyasi sferada təcavüzkar erməni millətçi dairələrini idarə edərək nəzarətdə saxlamışdır. Qədim Azərbaycan torpaqlarında Ermənistan dövləti qurulana kimi bu funksiyanı mütəmadi şəkildə erməni kilsələri həyata keçirib. Əfsus ki, Azərbaycan xalqına bəla gətirən bu vəhşilərin qeyri-insani əməllərinə dünyanın aparıcı dövlətlərinin başçıları bu gün də göz yumurlar. Görünür əsl həqiqəti üzə çıxarmaq onlara heç də maraqlı deyil. Bu da dəfələrlə törətdiyi qanlı cinayətlərinə görə cəzasız qalan ermənilərə öz çirkin və məkrli siyasətlərini davam etdirməyə fürsət vermişdir.

    Ötən əsrin sonlarında alnında anadangəlmə falakət nişanəsi gəzdirən M.Qarbaçovun yenidənqurma və aşkarlıq siyasəti ermənilərə yenidən belə bir fürsəti verdi. Əsrlər boyu qonşu dövlətlərin ərazilərinə göz dikən ermənilər millətçiliyi və mərkəzdəki ideya ilhamçılarının tövsiyələri, şovinist “Daşnaksütyun”, “Krunk”, “Qarabağ” təşkilatlarının proqram bəyanatları əsasında hərəkətə gəlmiş erməni terror maşını işğalçılıq siyasətinin əsas hədəfi kimi məhz Dağlıq Qarabağı seçdi.

    Azərbaycan xalqına qarşı hərbi təxribatlarından əl çəkməyən erməni faşistlərinin bölgədə sabitliyə, sülhə böyük təhlükə yaratdığına dünyanın saymazyana münasibət sərgiləməyi yolverilməzdir Çünki beynəlxalq layihə olan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərini kaset

    bombaları ilə atəşə tutması Ermənistan hökumətinin həm region üçün, həm də enerji sektorunun mühüm iştirakçısı olan dövlətlərin fəaliyyəti üçün təhdid yaratdığını, o cümlədən dünyanın enerji təhlükəsizliyini sual altında qoyduğunu göstərir.

    Ermənistanın döyüş meyadanından uzaq bölgələrə hücumları Türkiyə və Avropaya qaz nəqlini həyata keçirən layihələrin icrasına mane olmaq və onların maddi bazasına ziyan vurmaq, ümumiyyətlə, Avropanın qaz təminatına və enerji təhlükəsizliyinə də əngəl yaratmaq məqsədi daşıyır. Eləcə də Ermənistanın öz ərazisindən Azərbaycanın dinc əhalisinə qarşı ballestik raketdən istifadə etməsi hərbi cinayət olmaqla bərabər, vandalizm aktıdır. Dünyada “Elbrus” (Skad) qanadlı raketlə mülki əhalinin hədəfə alınmasına yalnız faşist xislətli Ermənistan hərbi rəhbərliyi qərar verə bilərdi. Təbii ki, Ermənistan öz ərazisindən Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqla qəsdən münaqişənin coğrafiyasını genişləndirmək məqsədini güdür. On doqquz gün ərzində yüzlərlərlə yaşayış binalarının, onlarla məktəblərin, uşaq bağçalarının, parkları dağıdılması, uşalar, yeniyetmələr və qadınlarla birgə əlliyə yaxın dinc sakini qətlə yetirilməsi bəşəri cinayətdir. Münaqişənin həllinə və erməni vəhşiliklərinə ikili standartlarla yanaşan bəzi qurumların, xüsusilə Rusiya KİV reaksiyasının olmaması təəssüf doğurur.

    Ön xətdə Ermənistanın silahlı bölmələrinin növbəti hərbi təxribatının qarşısını alan Azərbaycan Ordusu bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır. Cəsarətli hərbçilərimiz, təcrübəli generallarımız, müasir silahlarımız və döyüş ruhlu xalqımız var. "Qafqaz qartalı" kimi tanınan Şeyx Şamilin gözəl sözü var: "İşğala uğrayan vətən torpaqları sülh ilə ələ keçməz, ancaq savaşla alınar!"

    Qələbə ilə nəticələnən hər əməliyyat ordumuzun şəxsi heyətinin döyüş əzmini, qələbə ruhunu yüksəldir. Azərbaycan xalqı əmindir ki, Silahlı Qüvvələrimiz yağı düşməni torpaqlarımızdan qovmağa, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Müdafiə Nazirliyinin məlumata əsasən, xeyli sayda canlı qüvvə və hərbi texnika itirən düşmən döyüş meydanını qoyaraq qaçmağa məcbur edilir. Müdafiə Nazirliyinin yaydığı videokadrlarda aydın görünür ki, erməni əsgərlərini bir-birinin ayağına,

    döyüş maşınlarının sükanlarına zəncirlə bağlayırlar ki, qaçmasınlar. Nəyin uğrunda döyüşdüklərinin fəqrinə varmayan, pərən-pərən düşən Ermənistan ordusu uğradığı məğlubiyyətin acığını öz ərazisindən Azərbaycanın dinc əhalisini, mülki obyeklərini hədəfə almaqla çıxır.

    Bu gün xalqımız rəşadətli ordumuzun dayağı, ordumuz Vətənimizin ərazi bütövlüyünün qarantıdır. Qəlbi döyüş meydanlarında qələbə eşqi ilə döyünən əsgərlərimiz hər dəfə üçrəngli bayrağımızı azad etdiyi torpaqlarda dalğalandıranda ölkə ictimaiyyəti dərin sevinc hissi keçirir.

    Oktyabrın 14-də Azərbaycan Ordusu Füzuli rayonunun daha 3, Xocavənd rayonunun isə 5 kəndini işğaldan azad etməklə xalqımıza bu sevinci yaşatdı. Sülh uğrunda Nobel mükafatı laureatı Tomas Vilsonun sözüdür: “Dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti isə ağır sınaq günlərində bəlli olur.” Bəli, bu gün qürurla deyə bilərik ki, xalq-ordu birliyi Silahlı Qüvvələrimizin qələbəsində əsas amildir.

    Ön cəhbələrdə igid qəhrəmanlarımız ədalətli Vətən müharibəsi aparırlar. Erməni hərbçilərindən fərqli olaraq onlar mülki əhaliyə və obyektlərə atəş açmırlar. Milli Ordumuz dinc insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan düşmən raketlərini qabaqlayıcı zərbə ilə sıradan çıxarır və öz xilaskarlıq missiyasını şərəflə yerinə yetirir. Arxada - informasiya cəbhəsində də gənclərimiz əzmlə erməni təxribatına və riyakarlığına qarşı mübarizə aparırlar. Sevindirici hal odur ki, bu gün ölkə vətəndaşları böyük ruh yüksəkliyi, vətənpərvərlik nümayiş etdirirlər. Cəbhəyə yaxın yaşayış məntəqlərində atəşə məruz qalan sakinlərin əhval-ruhiyyəsi yüksəkdir.

    Qələbə bizimlədir, Allaha çox şükürlər olsun ki, bunun üçün hər cür imkanımız var. Bəli, bizim ordumuz öz torpaqlarımızın azadlığı uğrunda haqq savaşı aparır. Əsgər və zabitlərimizin iradəsi, qətiyyəti, vətənpərvərlik duyğusu, el-oba təəssübkeşliyi, Vətən sevgisi xalqımızı irəlidəki günlərdə daha da qürurlandıracaq!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR