İbrahim Cəfərov,
ADAU-nun rektoru
"Ermənistanın əməlləri açıq terror və beynəlxalq cinayətdir"
Bu barədə, AzadMedia.az-a açıqlamasında, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, İbrahim Cəfərov danışıb.
"Son günlər Gəncə, Mingəçevir, Ağdam, Tərtər və digər şəhər və rayonlarda yaşayan dinc əhalinin gecə yarısı raket atəşinə tutulması erməni faşizminin vəhşiliyinin növbəti təzahürüdür. Ermənilərin bu vəhşiliyi XXI əsrin insanlığa qarşı ən qansız hücumu kimi qiymətləndirilməlidir. Mənfur düşmən yalvararaq 11 saatlıq görüşün nəticəsi olan humanitar atəşkəs haqqında razılığa belə məhəl qoymadan yenə öz çirkin xislətinə sadiq qalaraq qocalara, qadınlara və uşaqlara belə rəhm etmədi. Erməni terroristləri xislətlərinə uyğun olaraq Xocalı soyqırımını da məhz gecə yarısı törətmişdilər və eyni ssenarini yenə də təkrarladılar.
Gəncədə yerləşən çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olmuş, 6-sı azyaşlı uşaq olmaqla 34 nəfərdən çox insan müxtəlif dərəcədə yaralanmışdır. Hələ dağıntılar altında axtarışlar aparıldığı üçün ölən və yaralananların sayının artacağı istisna deyil.
Dünən gecə Azərbaycanın ikinci ən böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən 80 km uzaqlıqda yerləşən Gəncə şəhərimin Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutulması Ermənistan dövlətinin faşist və təcavüzkar xislətini bir daha birmənalı sübut edir.
Atəşkəs haqqında razılıqdan sonra dinc sakinlərin və şəhərlərin atəşə tutulması, məsuliyyətsizliyin və vəhşiliyin daha bir hiddətləndirici nümunəsidir. Baş verənlər daha sübut etdi ki, Ermənistan rəhbərliyinin atəşkəsə çağırışları riyakarlıqdan və vaxt qazanmaq cəhdindən başqa bir şey deyildir.
Ermənistan tərəfindən Azərbaycanın mülki obyektlərinin, əhalinin qəsdən atəşə tutulması göstərir ki, Ermənistan beynəlxalq hüququn əsas normalarına, habelə öz üzərinə götürdüyü öhdəliklərə riayət etmək iqtidarında deyildir və ya bunu istəmir.
Son günlər Ermənistan dinc sakinləri hədəf alır. Onlar gözləyirlər ki, bunun qarşılığında Azərbaycan da mülki şəxslərin yaşadığı yerlərə hücum etsin. Ancaq Azərbaycan beynəlxalq hüquqa hörmət edərək bu addımı atmır. Ermənistanın məqsədi başqa ölkələri də müharibəyə cəlb etmək və bölgədə gərginlik yaratmaqdır. Artıq təkcə Azərbaycan deyil, bütün tərəqqipərvər ictimaiyyət də bu fikrdədir ki, Ermənistanın barbarlığına “dur” deyilməlidir və dünya bu vəhşiliyə qarşı öz etiraz səsini ucaltmalıdır.
Ermənistanın bu əməli açıq terror və beynəlxalq cinayətdir. Bu təkcə müharibə cinayəti deyil, eyni zamanda insanlıq əleyhinə törədilən ən ağır cinayətdir. İnsan nə qədər vəhşi və nə qədər vicdansız olmalıdır, nə qədər insanlıq hissini itirməlidir ki, uşağa, qocaya, qadına, bir sözlə, yatan insanların üstünə raket atsın.
Gəncə bombardmanı bir daha göstərdi ki, erməni faşizmi ilə ancaq onun anladığı, başa düşdüyü dildə - hərb dilində danışılmalı, işğal olunmuş torpaqlarımız azad edilənə qədər onlarla məhz bu tərzdə davranılmalıdır.
Son zamanlar baş verənlərə bəzi ölkələrin tərəf nümayiş etdirməsi təəssüf doğurur. Nə qədər ki, beynəlxalq içtimaiyyətdə hələ də ikili standartlar davam edir, bəzi ermənipərəst dövlətlər Ermənistanı açıqca dəstəkləyir, bu cinayətlər davam edəcək. Dünyanın beynəlxalq hüquqa, xüsusilə humanitar hüquqa , insani dəyərlərə hörmət edən dövlətlərini Emənistanın bütün dünya qarşısında bu qədər açıq və birmənalı şəkildə müharibə cinayəti törətməsinə laqeyd qalmamağa səsləyirəm".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.