AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan işğalçı bir dövlətdir və bu işğala son qoyulacaqdır!

  • + A
  • - A
  • 28-09-2020, 15:30


    Təcavüzkar Ermənistanın son iki yüz ildə xalqımıza qarşı bilərəkdən apardığı etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixində əlbəttə ki, faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı bir dövr təşkil edir..

    Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından uzaqlaşdırmaq və qədim Azərbaycan torpaqlarında hər zaman xəyal etdikləri “Uydurulmuş Böyük Ermənistan” dövləti yaratmaq idi.

    “Beynəlxalq hüquqa görə, “soyqırım” barışığa və insanlığa qarşı ən ağır cinayət hesab olunur.”

    Ermənistanın bu cinayətkar siyasətinin davamlılığının dəlili yalnız XX əsrdə azərbaycanlılara qarşı dörd dəfə - 1905-1907, 1918-1920, 1948-1953 və nəhayət 1988-1993-cü illərdə erməni şovinistləri tərəfindən soyqırım törətmələridir. Və Azərbaycan xalqı bu soyqırımlarla etnik təmizləməyə məruz qalıb.

    Bu işğalçı dövlətin izlədiyi hücum siyasəti 30 ilə yaxındır dünya ictimaiyyətinin nəzərindədir. Lakin dünya ictimaiyyəti buna hələ də göz yumurdu. Elə buna görə də, bu gün Azərbaycan dövlətinin Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı iddia qaldırması beynəlxalq hüquqa və ədalətə əsaslanır.

    Hazırda, bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bəzi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlər Ermənistanı təcavüzkar bir dövlət kimi göstərdi.

    20-ci əsrin sonunda Xocalıda ermənilərin törətdikləri soyqırım bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qəbul edilir. Xocalı faciəsi, əsrin ən böyük faciəsi olaraq dünya tarixinə mülki insanların soyqırımı kimi düşdü və bütün dünyada əks-səda verdi. Lakin dünya ictimaiyyəti yenə də susdu..

    “Beynəlxalq Siyasi arenada Azərbaycan dövləti və lideri İlham Əliyev öncə, münaqişələrin həlli prosesində sülh variantını seçdi.

    Bununla yanaşı, Prezident İlham Əliyev torpaqlarımızı xilas etmək üçün bütün əsaslarımızın olduğunu vurğulayaraq dedi ki, Azərbaycan xalqı və dövləti bu işğal, etnik təmizləmə və torpaqlarımızı müvəqqəti itirmək siyasəti ilə heç vaxt barışmayacaqdır.”

    “Ermənistan sülh danışıqlarına məhəl qoymadan beynəlxalq hüququn əsas norma və prinsiplərini pozdu.

    Buna görə də, bu gün erməni tərəfinin yalan, riyakar və qeyri-konstruktiv siyasəti nəticəsində onlarla sülh danışıqları artıq dayandırılıb.”

    Əvvəla, ilk olaraq təcavüzkar Ermənistan tərəfi atəşkəs rejimini dəfələrlə pozdu və 2020-ci il sentyabrın 27-də Azərbaycan düşmənə layiqli cavab verdi və düşmən tərəfi bir santimetr belə irəliləyə bilmədi - bu addımla Azərbaycan dövləti terrorçu Ermənistana öz lazımi cavabını beynəlxalq hüquqa və ədalətə əsaslanaraq verdi. Artıq beynəlxalq siyasi arenada dünya ictimaiyyətinə aydın oldu ki, Ermənistanın əsas məqsədi danışıqları pozmaq və status-kvonu saxlamaq idi. Azərbaycan dövlətinin mövqeyi beynəlxalq hüquqa və ədalətə dayanır. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında güclü Azərbaycan Ordusu öz rəşadətli

    missiyasını öz torpaqlarında davam etdirir və biz öz torpaqlarımızda vuruşuruq. Azərbaycan əsgəri azərbaycan torpaqlarında ermənistan tərəfinə sarsıdıcı zərbələr vurur. Azərbaycan xalqı Azərbaycan prezidentinin yanındadır. Bu məsələnin birdəfəlik həllində ordumuza olan inamımız tamdır. Hər birimiz ali baş komandanımızın və ordumuzun yanındayıq.

    Bir sözlə, dünya birliyi birmənalı şəkildə anlamalıdır ki, işğalçı ilə işğala məruz qalan dövlət beynəlxalq siyasi arenada eyni hüquqa malik ola bilməz.

    Ermənistan işğalçı dövlətdir və bu işğala son qoyulacaqdır!

    Biz zəfər çalacağıq, Qarabağ Azərbaycandır!


    ÜLKƏR PİRİYEVA-POLİTOLOQ


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR