AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Niyə Ermənistandakı kütləvi həbslər barədə Paşinyana sual vermirlər?”

  • + A
  • - A
  • 13-11-2020, 19:47


    “44 günlük müharibə haqq savaşına qalxan Azərbaycanın tam qələbəsi, işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Özgə malına göz dikən, dünyanın ən dəhşətli soyqrımını törədən, minlərlə günahsız insanları qətlə yetirən, onları ata-baba ocaqlarından didərgin salan təcavüzkar Ermənistan ədalət qarşısında diz çökdü”.

    Bunu “Qafqazinfo”ya açıqlamasında deputat Naqif Həmzəyev deyib. O qeyd edib ki, bütün dünya kimi uzun müddət 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı “demokratik lider” kimi təqdim edən bəzi Qərb dairələri də Azərbaycanın böyük zəfərinin şahidi oldu: “Onlar da gördülər ki, Ermənistan kriminal şəxslərin, neofaşistlərin yuvasına çevrilib, bu ölkədə demokratiyanın işartılarından belə söz açmağa dəyməz.

    Təəssüflər olsun ki, Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərəni, gərgin vəziyyəti, “demokratik lider” adlandırdıqları Paşinyana qarşı artan etirazları isə Qərb ölkələri görməzdən gəlir, Ermənistanda hamının gözü qarşısında müxalifətin əzilməsini susqunluqla qarşılayır.

    Prezident İlham Əliyevə feyk məlumatlar əsasında guya Azərbaycanda bir nəfərin sülh tələb etdiyinə görə həbs olunması barədə sual verən jurnalistlər niyə Ermənistandakı kütləvi həbslər barədə Paşinyana sual ünvanlamırlar. Hakimiyyətdə olduğu cəmi 2 il ərzində “korrupsiyaya qarşı mübarizə” adı altında siyasi rəqibləri ilə haqq-hesab çürütməyə başlayan, keçmiş prezidentlərdən birini həbs edən, digərinə qarşı cinayət işi qaldıran, aparıcı müxalifət partiyasının sədri, deputat Sarukyanı bu gün də həbsdə saxlayan, siyasi motivlərlə həbsə atılmış Haynews.am saytının məsul əməkdaşı Mger Yegiazaryan aclıq aksiyası keçirərək həbsxanada vəfat etməsinə şərait yaradan Paşinyan hakimiyyətinin bədxah əməlləri yenə də Qərb dairələrini narahat etmir. İşğalçı Ermənistanın faşizm ideologiyasına söykənən siyasətinə “dur” deyilmədikcə, ikili standartlar, ədalətsizlik təcavüzkar dövləti daha böyük cinayətlərə sövq etdi. Havadarlarına ümid olan Ermənistan işğal etdiyi torpaqlarla kifayətlənməyib, yenidən ərazi bütövlüyümüzü pozdu, hücum əməliyyatları keçirdi, mülki insanları qətlə yetirdi, qadağan olunmuş silahlarla Bərdəni, Tərtəri, döyüş bölgəsindən kilometrlərlə uzaqda yerləşən Gəncəni atəşə tutdu.

    Azərbaycan 10 Noyabr qələbəsi ilə bütün dünyada erməni yalanlarını darmadağın etdi. Ermənistanın kapitulyasiyası isə "məzlum erməni xalqı” obrazına vurulan ən böyük zərbə oldu”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR