Qüdrətli ölkəmiz Azərbaycan - Ulu Öndər Heydər Əliyevin bizlərə ərməğan qoyduğu və onun uğurlu davamçısı, Azərbaycan xalqının əbədi qəhrəmanı, güclü siyasi lideri cənab Ali Baş Komandan İlham Əliyev və I Vitse-prezidentimiz, bu xalqın könüllərinin Mehribanı, ölkəmizin birinci xanımı, Mehriban xanım Əliyeva ilə birlikdə, böyük müvəffəqiyyətlə davam etdirdikləri müstəqillik və inkişaf yolu ilə gedir və bizi bu müqəddəs yoldan heç bir qüvvə döndərə bilməz!
Yaşasın müstəqil Azərbaycan dövləti!!
Qarabağ Azərbaycandır və nida!!!
Politoloq Ülkər Piriyeva
Politoloq Ülkər Piriyeva, AzadMedia.az-da, “QARABAĞ ZƏFƏRİ” – “44 günlük Böyük Vətən Müharibəmiz” - “Arxa Cəbhənin, Qəhrəman Əsgərləri” barədə açıqlama verib.
30 illik həqiqət!!!
30 illik ağrı..
30 illik həsrət..
30 illik nisgil..
Və nəhayət..
44 günlük Böyük Vətən Müharibəsi..
Hər bir Azərbaycanlının ürəyində, Vətənə, millətə, torpağa olan sonsuz sevgi..
Ən nəhayət..
30 İlin qisasını, 44 günə sığışdıran və Tarix salnaməsinə Şanlı Qarabağ Zəfərini yazan - Güclü siyasi lider, Cənab Ali Baş Komandan və onun öndərliyində olan Rəşadətli Azərbaycan Ordusu!
Prezidentinin və Ordusunun ətrafında, bir yumruq kimi birləşən Qüdrətli Azərbaycan Xalqı!
Bu gün, bütün tərəqqipərvər bəşəriyyət, Azərbaycanın 20 faiz doğma torpaqlarını, işğaldan azad etmək uğrunda, bütün dünyaya göstərdiyi igidlikdən, şücaətdən, qəhrəmanlıqdan və işğalçı Ermənistan üzərindəki tarixi qələbəsindən danışır..
Dost sevinir, düşmən heyranlıqla izləyir..
Üç Rəngli Azərbaycan Bayrağı - necə ki, hər birimizdə, kiçikdən böyüyə qədər sonsuz fəxarət hissi, milli qürur hissi doğurursa, eləcə də, müzəffər ordumuzun geyindiyi hərbi forma hamımızda, qürur hissi doğurur. Vətən keşiyində dayanan igid övladlarımız.. Beləcə, gecəsini gündüzünə qatan və Vətənimizin keşiyində dayanan oğulların məğrur görkəminə ayrı bir ahəng qatan hərbi formalar. Hər zaman olduğu kimi, 44 günlük qızğın döyüşlərdə, müqəddəs hərbçi formalarımız, sanki övladlarımıza ayrı bir ilahi güc verdi, sakincə pıçıldadı - sən çox güclüsən, sən hər şeyə qadirsən, Ali Baş Komandanın və xalqın sənə güvənir – geriyə yol yoxdur, irəli Azərbaycan Əsgəri!..
Böyük Vətən Müharibəsi – Cənab prezidentin bildirdiyi kimi “Böyük Vətən Müharibəmiz!” 30ildir, Qarabağ məsələmizi masada gözlədənlərin yerinə işğalçı Ermənistanın cavabını qüdrətli Azərbaycan dövləti, cəsarətli Azərbaycan xalqı və görkəmli lideri, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Rəşadətli Azərbaycan Ordusu istər savaş meydanında, istərsə də, diplomatiya arenasında layiqli şəkildə verdi.
Beləliklə, “Şuşada vaxtilə rəqs edənlərin, elə ora yol çəkmək istəyənlərin, məscidlərimizdə inək, donuz saxlayanların, mədəniyyət abidələrimizi məhv edənlərin, xalqımıza qarşı etnik təmizləmə aparanların” - aqibəti artıq göz önündədir.. Necə deyərlər, “Düzlük uzanar, ancaq qırılmaz”. 30 ildir hər vəchlə Qarabağ məsələmizi həll etmədən uzatdılar. Biz səbrli xalqıq. Lakin səbr də, bir yerə qədər. Bu məsələ bizim üçün 30il uzandıldı, lakin haqq yerini tapdı, uzansa da qırılmadı. Çünki Azərbaycan xalqının əzmini kimsə qıra bilməz. Bu illər ərzində, Ali Baş Komandanımızın Ordumuzun gücləndirilməsi yolunda, ən gərəkli addımları atdı, sarsılmaz qürur hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan istər təcrübə, istərsə də, müasir texnika baxımından dünyanın ən möhtəşəm ordusuna sahibdir.
Bu gün, bütün dünya mediasının mövzusu Azərbaycandır, beynəlxalq media dayanmadan Azərbaycanın 44 gün ərzində, savaş meydanında göstərdiyi şücaətdən yazır, danışır, bu gün beynəlxalq aləmdə bütün siyasi verilişlərin mövzusu –Qarabağdır, məhz, cənab prezidentimizin bütün büynəlxalq siyasi kürsülərdən, xüsusilə Valday konfransının olduğu kürsüdə səsləndirdiyi və reallaşdırdığı şüardır - Qarabağ Azərbaycandır! Bu gün dünya ölkələri ordumuzun savaş təcrübəsindən danışır, eləcə də, savaş taktikalarımızı öyrənməyə çalışırlar. Azərbaycan dövləti dünya tarixində, yeni bir səhifə açdı. Və o səhifədə yeni bir əbədi şanlı tarix yazdı. Tarixin adı - “Şuşa bizimdir, Qarabağ Azərbaycandır!!!”
Azərbaycan ordusu ön cəbhədə böyük əzmlə, cəsarətlə, igidliklə irəliləyirdi.
Hər an bir şanlı tarix səhifəsini yazırdı..
Lakin arxa cəbhədə, görünməyən tərəfdə də, xalqımızın igid oğul və qızları 44 gün içində inanılmaz işlər görür, onlar da xalqımızın ağır, məsuliyyətli və olduqca da şərəfli tarixi günlərində, sözlərə və cümlələrə sığmayacaq xeyirxah, vətənpərvər addımlar atmağa davam edirdi..
Bu gün artıq, təcavüzkar Ermənistan tərəfindən cəlb olunduğumuz müharibə, Azərbaycanın Şanlı qələbəsi ilə başa çatıb. Lakin müharibə günlərində, dinc sakinlərimiz yeni faciələrə məruz qaldılar. Bərdə faciəsi, Gəncə faciəsi və bunlar kimi faciələrimiz.. Lakin, xeyirxah dövlətimiz, xalqımızın arxa cəbhədəki igid oğulları və qızları heç bir zərərçəkmiş sakinimizi yalnız buraxmadı. İstər mənəvi, istər fiziki və istərsə də maddi olaraq hər zaman yanındaydı, onların..
Elə, bu gün vətən yolunda canından keçmiş igid oğullarımızın ailələrinin – Şəhid ailərinin yanında olduqları kimi.. Dövlətimizin yanında olduqlarını, xalqımızın rifahı naminə görülən işlər sırasında, Masallı rayonu özünəməxsus və xüsusi fəallığı ilə seçilirdi.. Respublikamızın müxtəlif hissələrinə göndərilən, Masallı rayonumuzun yardım kompaniyasının şüarında olduğu kimi “Siz tək deyilsiniz!”.
Belə ki, Masallı rayonunun millətvəkillərinin, xüsusilə 70 saylı şəhər dairəsi üzrə millətvəkili Məşhur Məmmədovun 44günlük Qarabağ Zəfəri çarçivəsində arxa cəbhədə gördüyü xeyirxah işlər - xalqımızın hər daim ölkə rəhbərinin ətrafında bir yumruq kimi sıx birləşməsinin bariz nümunəsi idi.
Arxa cəbhədə elə hər gün, şəhid ailələrinin yanında olanlar sırasında - vətənə, millətə layiqincə xidmət göstərənlər könüllülər - iş adamları, millət vəkillərimiz var idi..
Bir sözlə, Azərbaycan xalqı hər iki cəbhədə səfərbər olmuşdu..
Elə, düşmən tərəfini də, mat-məəttəl qoyan tərəfimiz, özəlliklə, bu idi – “Necə ola bilər ki, bütün xalq, həm Ali Baş Komandanının və həm də Ordusunun ətrafında birləşibdir, həm ön, həm arxa cəbhədə səfərbərdir,” deyə..
Bu real birliyi, nəyinki işğalçı Ermənistan, hətda, beynəlxalq ictimaiyyət, xüsusilə, beynəlxalq media və bütün dünya ağzı açıq şəkildə, təəccüblə izləyirdi.. Sözünün üstündə dayanan Cənab prezident və onun ətrafında Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşən, Azərbaycan xalqı..
Prezidentimiz siyasət meydanında onları susdurdu. Ordumuz savaş meydanında.. Mediamız İnformasiya savaşında. Diasporamız ölkə sərhədlərindən kənarda.. Və hər yerdə, hər dildə, hər cür onların cavabını layiqincə verdik!
Biz qalib gəldik və Ermənistanı hər tərəfli şəkildə, məğlubiyyətə uğratdıq. Prezidentimizin sözü ilə, “Yoxdur, heç bir status-kvo, cəhənnəmə gedib status-kvo!”. Birdə, işin digər tərəfi var, onsuzda, biz qalib gələcəyimizdən zərrə qədər şübhə etmirdik ki. Bütün susanlar bilməli idi ki, torpaqlarımıza göz dikənləri, həyasızcasına sahib çıxmaq istəyənləri, elə, belə bir aqibət gözləyirdi. Bəli, onlara vaxtında başa salmaq lazım idi ki, özgə xalqın torpağında, hökmranlıq etmək mümkün deyil. Və, biz özümüz, bunu düşmənə hərtəfli şəkildə başa saldıq. O cümlədən, tarix boyu qəhrəman övladları, yurdu-yuvası uğrunda canını fəda edən oğulları ilə tanınmış, Azərbaycan xalqının torpağında, hökmranlıq etməyin qeyri mümkünlüyünü onlara əbədi olaraq bildirdik..
Bu yolda - vətən uğrunda şəhid olanlarımızın ailələrinin yanında hər daim olan dövlətimiz, xalqımız və xüsusilə bir çox millət vəkillərimiz - Adil Əliyev, Qənirə Paşayeva, Tamam Cəfərova, Məşhur Məmmədov, Hikmət Babaoğlu, Elnur Abdullayev və digərləri rəşadətli ordumuzun yanında olduqlarını və cəbhədə xidmət edən zaman şəhid olan əsgər və zabitlərimizin ailələrinin yanında olduqlarını, kədərlərinə şərik olduqlarını, hər zaman dəstəklərinin onlarla olduğunu və "Siz tək deyilsiniz” deyərək, şəhid ailələrimizə və yaxınlarına gərəkli dəstəyi əsirgəmədiklərinin dəfələrlə, şahidi olduq.. Bütün bunlar, vətəndaş olaraq bizlər üçün qürurverici bir hiss..
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, işğal altında olan torpaqlarımız şanlı ordumuz tərəfindən işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Gözün aydın, Azərbaycan xalqı! Qələbən mübarək, müstəqil Azərbaycan!
Belə ki, arxa cəbhədə olan hər bir vətəndaş, Vətənə xidmət borcunu layiqincə həyata keçirdi və bugün də, əksəriyyət bu xeyirxah missiyanı davam etdirir, Böyük Vətən müharibəsində, xilaskar ordumuzun tərkibində, torpaqlarımızın işğaldan azad olunması uğrunda, cəbhədə xidmət edən əsgər və şəhid əsgər, zabitlərimizin valideyinlərinin rifahına dəstək məqsədilə, dövlətimizin apardığı işlərdə, Respublikamızın hər tərəfində bu dəstəklər davam etməkdə..
Bəli, bəzən xoşagəlməz sözlər də eşidilir, lakin nəzərinizə çatdırım ki, hər yardım edən ürəyin yalnız bir istəyi vardı, az da olsa, qəlblərə məlhəm olmaq.. Ən vacibi, unutmaq olmaz ki, hər birimiz dövlətimizin, ordumuzun və şəhidimizin ailəsinin yanında olduğumuzu dilə gətirməsək də belə, gördüyümüz bütün işlərlə, əzmkarcasına “Biz sizinləyik, yanınızdayıq, siz tək deyilsiniz” deyə bildik, belədə elədik və bu hər zaman da, belə olacaq..
Çünki, bizi O şanlı Qarabağ Qələbəmizə aparan yol, birbaşa, “Xalq-Rəhbər-Ordu” biliyindən keçirdi..
Hətda, ölkə tarixində ilk olaraq mühüm bir addım da atıldı. Ölkəmizdəki siyasi partiyalar, siyasi konyukturanı və fərqli siyasi baxışlarını bir kənara qoydular və ölkənin siyasi partiyaları yekdilliklə, Prezidentin yanında olduqlarını bildirən birgə bəyanat imzaladılar. Bu məhz, böyük bir uğurlu addım və bütün siyasi partiyaların Azərbaycançılıq ideologiyası ətrafında biləşdiyinin təzahürü idi. Bəli, belə bir çətin və ağır məqamda, Vətənimizin, xalqımızın taleyüklü problemlərinin həllində kimliyindən və siyasi əqidəsindən asılı olmayaraq hər kəs Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdi, düşmənə layiq olduğu yerin göstərilməsində köməyini əsirgəmədi.. Çünki bütün dünyaya da bəlli idi ki, biz öz torpağımızda döyüşürdük.
Beləliklə, Respublikamızda 50 siyasi partiya birgə bəyanat verərək dövlət başçımızın yanında olduğunu, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda, sona qədər birlikdə mübarizə aparacaqlarını bildirdilər. Ölkəmizin ərazi bütövlüyü, Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbi ölkə siyasətçilərini bir araya gətirməli idi. Belə də oldu və 50 siyasi partiya həmrəylik nümunəsi göstərdi. Onlar, Ermənistanın işğalçı siyasətini şiddətlə qınayaraq, mülki əhalinin yaşadığı kəndlərin artilleriya silahından atəşə tutulmasını, günahsız insanların qətlə yetirilmələrini insanlığa qarşı törədilən cinayət hesab elədi və haqlı olaraq tələb elədilər ki, bu hərbi cinayət beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilsin.
Şanlı ordumuz, əzəli Azərbaycan torpaqlarını erməni işğalçılarından azad elədi, 44 günlük Böyük Vətən Müharibəmizdə, xalqımız arxa cəbhədə, milli həmrəyliyin güclənməsinin təzahürü kimi, əsgər valideyinlərinə, mənfur düşmən tərəfindən törədilmiş facilərimizdə, zərərçəkmişlərə və ailələrinin rifahına dəstək sahəsində, dövlətimizin apardığı işlərdə və gördüyü tədbirlərdə yaxından xidmət göstərən - istər siyasilərimiz – millətvəkillərimiz, istər iş adamlarımız və istərsə də könüllülərimiz dövlətimizin və xalqımızın hər zaman yanında olduqlarını hər bir işləri ilə diqqətə çatdırdılar.
44 günlük müharibənin arxa cəbhəsi hər an dayanmadan, durmadan, gücə-gündüz bilmədən məğrur şəkildə işləyirdi. Bunun bir nəticəsi olacağına kimsənin şübhəsi bir an belə olmadı. Qələbə və yalnız Qələbə əzmi.. Belə də oldu, biz 30 il sonra, məhz, “Qarabağ Zəfəri” qazandıq!
Deməli, Azərbaycan xalqı, bütün dünyaya sübut elədi ki, “bir yumruq kimi vahid bayraq altında, vahid ideologiya-Azərbaycançılıq ideologiyası altında birləşən Xalq heç vaxt parçalanmaz, qalib gələr, qalib gəldi də!
Təkrar-təkrar desək də, danışsaq da, bu tarixi qələbənin əsl memarı Prezident İlham Əliyev və memarları şanlı Ordumuz və xalqımızın qəhrəmanlıqları haqqında danışmaqla bitməz..
Odlu ön cəbhədə Şanlı Ordumuz..
Və arxa cəbhədə xalqımız.. Bir sözlə, arxa cəbhənin qəhrəman əsgərləri..
Həm ön, həm də arxa cəbhədə, kimisi şəfqət bacısı kimi igidlərimizin döyüşlərdə aldığı yaralara məlhəm qoydu, onları yenidən həyata qaytardı..
Kimisi, əlinə qələm götürüb İnformasiya müharibəsində fake xəbərləri yayanlarla mübarizə apardı..
Kimisi, yenə “Sarı Propaqanda” aparan düşmən saytlarını İnformasiya savaşında darmadağın elədi..
Kimisi, igid əsgərlərimizə hərbi forma hazırlamaq kimi müqəddəs bir işlə məşğul oldu..
Xeyirxah ər oğullarımız, qızlarımız dövlətimizin şəhid ailərimiz adına olan mənəvi dəstəyinə dəstək olaraq, onların rifahı üçün hər daim yanında oldu..
Azərbaycan xalqının həm ön cəbhədə, həm də arxa cəbhədə, 44günlük müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları yazmaq və açıqlamaq olduqca ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir, hələ dünyada nəsllər əsrlərlə, Azərbaycan xalqının “Qarabağ Zəfərindən”, Şanlı Qələbəmizdən danışacaqlar..
Nə xoşbəxt bizlərə ki, bizlər bu şanlı tarixin bir parçası olduq!
Sözün əsl mənasında, qədirbilən Azərbaycan xalqı öz qəhrəman oğullarının xatirəsini hər zaman uca tutacaq.. Və onların ruhu əbədi olaraq, qəlbimizdə yaşayacaqdır..
Qüdrətli ölkəmiz Azərbaycan - Ulu Öndər Heydər Əliyevin bizlərə ərməğan qoyduğu və onun uğurlu davamçısı, Azərbaycan xalqının əbədi qəhrəmanı, güclü siyasi lideri cənab Ali Baş Komandan İlham Əliyev və I Vitse-prezidentimiz, bu xalqın könüllərinin Mehribanı, ölkəmizin birinci xanımı, Mehriban xanım Əliyeva ilə birlikdə, böyük müvəffəqiyyətlə davam etdirdikləri müstəqillik və inkişaf yolu ilə gedir və bizi bu müqəddəs yoldan heç bir qüvvə döndərə bilməz!
Yaşasın müstəqil Azərbaycan dövləti!!
Qarabağ Azərbaycandır və nida!!!
Politoloq Ülkər Piriyeva