Politoloq Ülkər Piriyeva - "Əziz ŞUŞA sən azadsan, ZƏFƏR yürüşümüz davam edir!"
Ulu Öndər Heydər Əliyev - "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir".
Türk dünyasının fəxri olan Heydər Əliyev zəmanəmizin yetirdiyi dahi şəxsiyyətlərdən idi.
Biz 28 il sonra, 8 noyabr tarixində Şanlı tarix səhifəmizə “Yeni Qələbə Tarixi” yazdıq.. ŞUŞA özümüzə, bizə qayıtdı.
Bu güc, sadəcə və sadəcə, Azərbaycan xalqının başında dayanan Ulu Öndər Heydər Əliyev siyası kursunun uğurlu davamçısı güclü Liderimiz cənab Ali Baş Komandan və Qüdrətli Azərbaycan Ordusunun gücüdür, uğurudur..
Bu gün, Azərbaycanlılar dünyanın müxtəlif ölkələrində yaşasalar da, onları bir-birinə bağlayan olduqca möhkəm mənəvi-ideoloji vasitələr vardır: Bu, Azərbaycan dilidir, ata yurdu Vətəndir, tarixən formalaşmış etnik-mədəni sistemdir. Eyni zamanda milli liderdir!
Bu gün, Ali Baş komandanımızın siyasi fəaliyyətində müstəqil Azərbaycan dovlətinin daxili möhkəmliyin beynəlxalq nüfuzunu qorumaq nə qədər möhtəşəm yer tutursa, dünya azərbaycanlılarının milli birliyi, dünya xalqları arasında özünəlayiq movqe qazanması da o qədər mühüm əhəmiyyət daşıyır. Bəli, cənab Prezidentimiz dəfələrlə bildirirdi ki, müstəqil Azərbaycan Respublikasının inkişafında dünya azərbaycanlılarının həmrəyliyi, mənəvi-ideoloji siyasi köməyi böyük rol oynayır. Bir xalq olaraq əsas vəzifələrimizdən biri həm həmrəyliyi gücləndirməkdən, həmin həmrəyliyin daha ardıcıl, daha intensiv xarakter almasını təmin etməkdən ibarət idi. Biz xalq olaraq bu gün, bütün dünyaya Azərbaycan Xalqının qüdrətli bir xalq olduğunu, sarsılmaz ordumuzun gücünü, geosiyasi platformada güclü liderimizin olduğunu bütün dünyaya isbat etmiş olduq. Bu milli ruh birliyimizin gücüdür həm də, bu bütün bəşəriyyət qarşısında işğal olunmuş torpaqları azad etmək olar deyə, şanlı tarixdir həm də.. Və bizlər də, bu şanlı Tarixin ayrılmaz parçasıyıq..
ŞUŞA geri qayıtdı...
Əslində, tarix boyu inanan millətləri qələbədən qələbəyə aparan səbəb də, vətənə xidmət etmək və şəhid olmaq arzusu olmuşdur. Azərbaycan anası məhz, belə övladlar yetişdirmişdir. Canlarından keçməklə, Azərbaycan xalqının qəhrəmanlıq dastanını, torpaqlarının azadlığını canı ilə qazanıb qanı ilə yazan şəhidlər.
Allah sizlərə rəhmət eləsin!
Şuşa Bizimdir, Qarabağ Azərbaycandır!!!