AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva – Ermənipərəst Rus diplomat Lavrov niyə Bakıya gəlir, səfərin görünən və görünməyən tərəfləri..

  • + A
  • - A
  • 5-05-2021, 10:23


    AzadMedia.az - açıqlamasında, Politoloq Ülkər Piriyeva, "Ermənipərəst Rus diplomatı Lavrov niyə Bakıya gəlir? – Səfərin görünən və görünməyən tərəfləri" barədə danışdı.

    Rusiya Xarici İşlər Naziri Qarabağla əlaqəli nümayəndə heyəti ilə 5-6 may tarixində İrəvana və 10 -11 may tarixlərində Bakıya rəsmi səfər edəcəyi planlaşdırılmışdı..
    Bölgə ilə bağlı Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşlər keçirəcək. Bu görüşlərdə müxtəlif mövzular da müzakirə ediləcək və ikitərəfli regional əməkdaşlıq məsələləri ilə yanaşı beynəlxalq arenada nələrin edilə biləcəyi müzakirə ediləcək.


    Lavrovun Bakı səfərinin görünən və görünməyən tərəfləri..
    Bu gün Rusiya Ermənistanda hökumət dəyişikliyi ərəfəsindədir, beləliklə, istər ABŞ, istərsə də Qərb bunu istəmir. Əlbəttə ki, siyasi baxımdan götürsək, bunun Azərbaycana da heç bir xeyri olmayacaqdır. Nəzərə almalıyıq ki, Azərbaycan torpaqlarının azad edilməsində Ermənistanın qərbyönümlü siyasətinin də rolu böyük idi. Nəticə etibarilə, Azərbaycan, Türkiyə, Pakistan və digər ölkələrin siyasi dəstəyi ilə Rusiya-Ermənistan münasibətləri gərgin lakin sonda uğurlu oldu. Qısacası, Ermənistanda Rusiyapərəst siyasi gücün bərpası Azərbaycan, Türkiyə, ABŞ və Qərbin siyasi maraqları ilə uyğun deyil. Bundan xəbərdar olan Lavrov kimi rus siyasətçilərin bir məqsədi var yalnız, Bakıya gəlir və Ermənistanda iqtidar hakimiyyətə gəldikdən sonra güya Bakı ilə munasibətlər daha da yaxşı olacaq demək üçün, bəlkə də. Bir sözlə, Lavrov hər zamankı kimi aldadıcı siyasəti yürüdür.

    Bir tərəfdən isə Ermənistanın rus kuklası olduğu unudulmamalıdır. Son bir neçə ildə siyasi arenada açıq aydın görürük ki, Ermənistan hər vəchlə, Rusiyadan qaçmağa, üz döndərməyə meyllidir, lakin Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşma meyli, Rusiyanı vadar edir ki, Ermənistanı öz təsir dairəsinə gətirsin və bu istiqamətdə gərəkli addımları atmağa çalışsın və atır da. Digər tərəfdən isə, Lavrovun bu səfəri zamanı üçtərəfli razılaşmaların tətbiqi ilə bağlı hər hansı bir problemin yaranması ehtimalı azdır. Rusiya dövləti hər zaman olduğu kimi zamana yayma siyasəti yürütməkdə davam edir. Lakin onun maraqlarına uyğun addım atılmamalıdır.

    Eyni zamanda, Ermənistana gələcək olararsaq, onlar Kremlin maraqlarına uyğun addım atmamalıdırlar, əksinə bunun qarşısını almalı və yeri gəlsə, hər yola əl atmalıdırlar ki, Ermənistanda hakimiyyət Kremlin istəyi doğrultusunda qurulmasın. Yəni, daha açıq ifadə etsək, Ermənistan Rusiyanın maraqlarına uyğun bir siyasi hökumətin qurulmasını qətiyyən qəbul etməməlidir. Hal-hazırda Ermənistan, Rusiyanın əlindəki Azərbaycan və Türkiyəyə qarşı bir kukla dövlətidir.

    Bir sözlə, bu gün Erməni xalqı Azərbaycan və Türkiyə ilə iqtisadi və siyasi əməkdaşlıqlara dayanan müqavilələr bağlayaraq qlobal aləmdə regional inkişafdan ancaq bu şəkildə faydalana bilər. Yoxsa Ermınistandakı sıyasi görüntüyə və ümumi çökmüş iqtisadiyyatına baxarsaq, nə qədər çarəsiz olduğu açıq aşkardır. Onlar üçün bir çıxış yolu var, imzalanmış bəyanatın qaydalarına əməl etmək və bu doğrultuda bəyanata sadiq qalmaq.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR