Türkiyə millisinin baş məşqçisi Bakıdakı davadan danışdı
Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020 oyunları zamanı Bakıda komandasının məşqi zamanı futbolçular Halil Dervişoğlu və Enes Ünal arasındakı davadan danışıb.
Azadmedia.az xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında hadisə barədə sualı cavablandırarkən bunları deyib:
“Bu hadisə ikitərəfli məşq zamanı oldu. Halil Enesə “heç ötürmə vermirsən” dedi, Ünal da ona cavab olaraq bildirdi ki, belə danışmasın. Sonra məsələ böyüdü və bir-birlərinin üstünə getdilər. Digər futbolçular onları ayırdı. Mən millidə elə davalar görmüşəm ki...Sonra həmin komanda uğur qazanıb”.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR