AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Kitabxanada “Professor Hikmət Babaoğlu” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub

  • + A
  • - A
  • Bu gün, 13:59

    Milli Kitabxanada “Professor Hikmət Babaoğlu” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub


    17 aprel 2026-cı il tarixində Milli Kitabxanada siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun anadan olmasının 60 illik yubileyinə həsr edilmiş “Professor Hikmət Babaoğlu” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

    Sərgidə professor Hikmət Babaoğlunun dünya siyasəti və beynəlxalq münasibətlər, siyasi nəzəriyyə, geopolitika, milli ideologiya və dövlətçilik məsələləri üzrə monoqrafiyaları, dərslikləri, elmi redaktoru və məsləhətçi olduğu kitablar, həyatı, elmi və siyasi fəaliyyəti haqqında ədəbiyyatlar, dövri mətbuatda nəşr olunan elmi-kütləvi və siyasi məqalələri nümayiş olunur.

    Hikmət Baba oğlu Məmmədov (Hikmət Babaoğlu) 1966-cı il aprelin 17-də Qərbi Azərbaycanın Ağbaba mahalının Göllü kəndində ziyalı ailəsində anadan olub.

    Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsini, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. 2005-ci ildə “Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqları: Azərbaycan Respublikası təcrübəsinin politoloji təhlili” mövzusunda dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru, 2013-cü ildə isə “Azərbaycan Respublikası müasir beynəlxalq siyasi proseslərin aktoru kimi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək siyasi elmlər üzrə elmlər doktoru elmi dərəcəsini alıb.

    2003-cü ildən Bakı Dövlət Universitetinin Politologiya və Sosiologiya kafedrasında fəaliyyət göstərir. 2014-cü ildən Bakı Dövlət Universitetinin professorudur. 2016-cı ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən FD 02.101 Dissertasiya Şurasının üzvü və həmin Şura nəzdində yaradılmış Elmi Seminarın sədridir.

    2008-2021-ci illərdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru olub. Milli Məclisinin V,VI və VII çağırış deputatı seçilib. 2024-cü il 8 oktyabr tarixində Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, 2025-ci il 3 fevral tarixində isə Milli Məclisin İntizam komissiyasının üzvü olub.

    Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının politoloji aspektlərini kompleks şəkildə araşdıran ilk tədqiqatçılardan biridir.

    Hikmət Babaoğlu 70-ə yaxın elmi əsərin, 3 monoqrafiyanın, 4 dərsliyin, 3 kitabın, tədris proqramlarının və metodik vəsaitlərin müəllifidir. Onun rəhbərliyi ilə 20-dən artıq fəlsəfə və elmlər doktoru tədqiqat işi aparıb.

    Müəlliflik hüququ üzrə 6 şəhadətnaməyə malikdir və 20-dən çox ölkədə keçirilən beynəlxalq elmi konfranslarda Azərbaycanı təmsil edib. Bir neçə yerli və beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür.

    16 aprel 2026-cı il cı il tarixində Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən, Məmmədov Hikmət Baba oğlu ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

    Peşəkar fəaliyyətinə görə müxtəlif mükafatlara - “Qızıl Qələm” Media mükafatı (2008), “Əməkdar jurnalist” fəxri adı (2010), “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” (2019), “Heydər Əliyevin 100 illiyi” (2023) yubiley medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” (2022) ordeni və s. layiq görülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR