AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Rayon İcra Hakimiyyəti başçısının yeni kadr təyinatı

  • + A
  • - A
  • 7-10-2021, 19:42


    Masallı Rayon İcra Hakimiyyəti başçısının yeni kadr təyinatı olub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı rayon İcra hakimiyyəti başçısının müvafiq əmri ilə Afəddin Ənvər oğlu Kərimov Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

    Qeyd edək ki, Afəddin Kərimov 18.11.1982-ci ildə Masallı rayonu Əminli kəndində anadan olmuşdur. 2001-2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalvr təhslili almışdır. 2005-2012-ci illərdə Masallı rayon Bala Təklə kənd ümumi orta məktəbində müəllim, dərs hissə müdiri vəzifələrdinə çalışmış, 2012-2017-ci illərdə Masallı rayon İcra hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, 2017-2018-ci illərdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın uşaqlar üzrə məsləhətçi-psixoloqu, 2018-ci ildən 2020-ci ilədək Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi 2020-ci ildən 2021-ci ilədək həmin şöbənin müdir müavini vəzifələrində çalışıb.
    Ailəlidir, 3 övladı var.



    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR