AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aqrar Universitet ilə Szeged Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

  • + A
  • - A
  • 14-10-2021, 17:30


    Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Macarıstanın 6 universitetini təmsil edən bir qrup professor-müəllim heyəti ilə görüş keçirilib. Nümayəndə heyətinə Macarıstanın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil üzrə əməkdaşı Mihaly Gruber rəhbərlik edib.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqlara Aqrar Universitetin tarixi barədə məlumat verib. Bildirilib ki, ADAU Azərbaycanda yeganə aqrar təhsil verən ali təhsil müəssisəsi kimi Macarıstan universitetləri ilə sıx əlaqə qurub.

    Qonaqlara universitetin ikili diplom proqramları, beynəlxalq əlaqələri, müasir laboratoriyaları və təcrübə imkanları barədə geniş məlumat verilib.

    Diplomat Mihaly Gruber başda olmaqla, qonaqlar ADAU-ya səfərdən məmnun olduqlarını bildirib, əməkdaşlıq imkanlarını daha da inkişaf etdirəcəklərini vurğulayıblar.

    Sonra onlayn formada Macarıstanın Szeged Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

    Memoranduma əsasən, gələcəkdə təhsil proqramları qarşılıqlı inkişaf etdiriləcək, akademik məlumat və materialların, həmçinin qarşılıqlı tələbə-müəllim mübadiləsi həyata keçiriləcək.

    Qeyd edək ki, 21 min tələbəsi olan Szeged Universiteti Avropa təhsil sistemində özünü təsdiq etmiş universitetlərdən biridir. Bu universitetdə dünyanın 130-dan çox ölkəsindən tələbələr təhsil alır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR