AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-ın əsasını qoyanlardan biri olan Tomas Ceffersonun heykəli barədə şok açıqlama

  • + A
  • - A
  • 19-10-2021, 22:00

    ABŞ-ın əsasını qoyanlardan biri olan Tomas Ceffersonun heykəli barədə şok açıqlama
    Nyu-York qanunvericiləri ABŞ-ın əsasını qoyanlardan biri olan Tomas Ceffersonun heykəlinin şəhər administrasiyası binasından götürülməsinə səs verib.

    Azadmedia.az xəbər verir ki, heykəlin götürülməsi barədə qərar Ceffersonun quldarlıq keçmişi səbəbindən qəbul olunub. Şəhər administrasıyasının üzvləri buna neçə illərdən sonra nail olublar. Belə ki, heykəl azlıqların bir neçə qrupu üçün təhqir sayıla bilər.

    Heykəlin sökülməsinə Afrika əsilli Corc Floydun ağdərili polis tərəfindən hay-küylü qətli təkan verib. Heykəl Nyu-Yorkun tarix-elm muzeyinə qoyulacaq.

    Son vaxtlar ABŞ-ın bir çox şəhərlərində 1861-1865-ci illərdə vətəndaş müharibəsi zamanı şimallılarla döyüşmüş cənublu konfederatların xatirəsinə ucaldılmış bir çox abidələr sökülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR