Təkcə Cənab Prezident İlham Əliyevin maraqlarını dəstəkləməklə, Dövlətə xidmət etmək olar.Bildiyimiz kimi BMT Rusiya-Ukrayna müharibəsiylə bağlı qətnamə qəbul edib. Azərbaycan tərəfi ideal mövqedə dayanıb. Biz Rusiyaya qarşı çıxa bilmərik, əgər Rusiya qarşı çıxarıqsa sonra Rusiya tərəfiylə hər hansısa problemlərlə qarşı-qarşıya qalsaq, o, zaman BMT bizə heç bir kömək etməyəcək.
Azərbaycan dövləti hər zaman, hər şeydən öncə öz xalqının təhlükəsizliyini və maddi rifahını üstün tutmuşdur, eyni zamanda ərazi bütövlüyümüzü də, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında çox mükəmməl şəkildə qorumuşuq və işğal olunan torpaqlarımızı da geri qaytarmışıq. Azərbaycan dövləti etibarlı əllərdədir, heç bir nə xarici, nədə ki, daxili təhlükə bizi gözləmir.
Ermənistan-Azərbaycan münaqişəsi zamanından bizə BMT-nin mövqeyi tanışdır. Ermənistan kimi gücsüz bir dövlətə, 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlamasına baxmayaraq, BMT heç bir təzyiq edə bilmədi və yaxud etmək istəmədi. Rusiya ilə problem yaşasaq, BMT bizə hər hansısa kömək edə biləcəkmi? - Bu da sual altındadır.
Ümumiyyətlə, istənilən münaqişədə bir tərəfi tutmaq, münaqişəni daha da tətikləmək deməkdir. Onsuzda, əvvəldən münaqişənin bu həddə gəlib çatmasına tərəf tutmaq səbəb oldu, konkret müharibəyə yox deyib, sülh üçün çalışanlar olmadı. Ukraynanın tərəfini tutanlar, yaxşı olardı ki, vaxt itirmədən müharibənin dayandırılması üçün sülhlə bağlı işlər görsünlər. Azərbaycan Dövləti ədalətli dövlətdir, həqiqətin yanındadır, sülhün tərəfdarıdır.
Təkcə Cənab Prezident İlham Əliyevin maraqlarını dəstəkləməklə, dövlətə xidmət etmək olar. Çünkü Müzəffər Ali Bsş Komandanın özünün dediyi kimi: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm.”
Digər bir çıxışında Cənab Prezident söyləyir: “Bizim siyasətimiz milli maraqlara söykənir. Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür.”
Cənab Prezident Azərbaycan maraqlarını hər şeydən üstün tutub, bunu hər zaman əməli ilə də sübut edib.
Əgər siyasətdən, dərin təhlillərdən kimlərinsə başı çıxmırsa, heç özünü yormasın, Prezidentin maraqlarını təkcə dəstəkləsə bəsdir, əmin olsun ki, dövlətə xidmət etmiş olacaq.
Bir neçə gün öncə, 22 fevral 2022-ci tarixində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanmışdır. Bu Bəyannamənin hazırlanmasına uzun müddət öncədən başlanılmışdır. Bu Bəyannamənin bir neçə bəndlərinə, hələ Bəyannamə imzalanmamış Rusiya tərəfi əməl etmişdir. 44 günlük Vətən müharibəsində Rusiyadan kömək istəyən Ermənistana, Rusiyanın, Putinin cavabı belə olmuşdur: “Savaş Azərbaycan torpaqlarında gedir və bizim müdaxilə etmək hüququmuz yoxdur.”
Rusiyanın Ermənistana müəyyən mənalarda dəstək olmaq hüququ var. Lakin müharibə Azərbaycanın daxili işi sayılırdı və Rusiya Azərbaycanın daxili işinə qarışmadı, yeni imzalanan Bəyannamənin bəzi bəndlərinə Rusiya tərəfi hələ Bəyannamə imzalanmamış riayət etdi. Rusiya açıq-aydın Ermənistanı işğalçı ölkə kimi tanıdı, dediyi sözlərlə və səssiz qalmasıyla.
Hal-hazırda, imzalanan Bəyannamə bizim Rusiya ilə sağlam və bərabərhüquqlu münasibətlərimizi sığortaladı, sənəd olaraq.
Rusiya ilə daha bundan artıq nə imzalayaq? BMT-nin qəbul etdiyi qətnamələrdə ölkələr üç mövqe ortaya qoya bilər leyinə, əleyinə, bitərəf. Azərbaycan ən doğru mövqedədir, bu gün. Bizim qonşularla çox yaxşı münasibətlərimiz var. Türkiyə dövlətiylə olan möhkəm qardaşlıq-dostluq münasibətlərimiz, Rusiya tərəfiylə də mümkündür. Cənab Prezident İlham Əliyevin mərd-mərdanə siyasəti hesabına nəinki regionda, bütün dünyada ən təhlükəsiz dövlətik, sülh və əminamanlıq şəraitində yaşayırıq. Heç bir qonşu dövlətlərlə bizi müharibə təhlükəsi gözləmir. Ermənistan tərəfiylə də sülh münasibətlərinə dair müsbət irəliləyişlər var.
Bu gün, Müzəffər Prezident İlham Əliyevin yürütdüyü siyasət hesabına, Ermənistan yola gəlməsə belə, ancaq özü itirəcək, biz uğurlu inkişaf yolumuzu gedirik və gedəcəyik. Ermənistandan bizim üçün heç bir təhlükə yoxdur, olada bilməz. Ermənistan bizim qarşımızda gücsüz və zəif bir ölkədir, istəsədə belə bizim üçün təhlükəli ola bilməz. Ermənistan tərəfi öz ölkəsinin inkişafını istəyirsə, vətəndaşlarının yaxşı yaşamasını istəyirsə, Azərbaycanla dil tapmalıdır.
İki əsas nəhəng dövlətlər Türkiyə və Rusiya ilə də çox gözəl münasibətlərimiz var və bu münasibətlər rəsmi olaraq da, sənədlər üzərində öz əksini tapır. Daha bundan artıq ölkə başçısı nə etməlidir ölkəsi üçün?
Minsk qrupu 30 ilə yaxın Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ermənistan tərəfinin maraqlarını üstün tutaraq qərarlar qəbul etdi, BMT işğalçı Ermənistana heç bir təzyiq etmədi, etmək istəmədi. İndi məntiqlə düşünək, Azərbaycanın yeni qəbul edilən bu qətnamədə verdiyi qərar nə olmalı idi, Rusiyaya qarşımı çıxmalı idik?
Bu gün, biz Rusiyaya qarşı çıxsaq, sabah Rusiya bizə qarşı çıxanda nə Minsk qrupu, nədə ki, BMT köməyimizə gələn deyil. Belə bir deyim var, "Kim güclüdürsə, oda haqlıdır". Rusiya güclü dövlətdir, belə bir dövlətlə düşmən yox, dost münasibəti qurmaq daha faydalı ola bilər. Bizə qonşularla problem lazım deyil. Ərazi bütövlüyümüz və vətəndaşlarımızın təhlükəsizliyi hər şeydən üstündür.
BMT qətnaməsində səsvermə zamanı, Azərbaycanın sərgilədiyi mövqe ən doğru mövqedir. Hər kəs kimi Azərbaycan tərəfi də istəyirki, yaxın zamanlarda müharibə sülhlə öz həllini tapsın.
Bildiyimiz kimi, Ukrayna tərəfinə humanitar yardımımız da olub, bu yardım dinc əhaliyə kömək məqsədi daşıyır və buna görə Ukrayna Prezidenti Azərbaycan Prezidentinə öz təşəkkürünü də bildirmişdi.
Biz Rusiyanın qarşısında ola bilmərik, Rusiyaya qarşı çıxmaq, Rusiyaya sataşmaq deməkdir. Azərbaycan-Rusiya münasibətlərinin hələ heç bir zaman belə ideal olmadığı bir dönəmdə, biz Rusiyaya qarşı çıxa bilmərik, bizim Rusiya ilə hələ daha möhkəm dostluq münasibətlər quracağımıza böyük ümidlər var.
Bu müharibə öz həllini çox etimal yaxın vaxtlarda tapacaqdır, ancaq müharibə zamanı Rusiyanın qarşısında olsaq, müharibə sülhlə öz həllini tapandan sonra, ən azından milyonlarla soydaşlarımıza Rusiyada necə münasibət bəslənəcək bundan sonra, qaranlıq məsələdir. Müharibənin sülh yoluyla öz həllini tapmasında hər bir dövlət kimi, Azərbaycan tərəfi də maraqlıdır, ancaq Rusiyanın qarşısında olmamaq şərti ilə.
Bu gün, BMT qətnaməsində Rusiyanın leyinə və yaxud Ukraynanın leyinə səs vermək məsələnin həllinə kömək etmir.
Azərbaycan tərəfi də müharibənin tezliklə bitməsini istəyir və bunun üçün hər bir köməyə hazırdır. Azərbaycan vətəndaşları da, müharibəyə "yox" deyərək öz dəstəklərini nümayiş etdiriblər. Bunu hərkəs anlayışla qarşılamalı və Azərbaycanın mövqeyini dəstəkləməlidir.
Mircalal Mehdiyev
Lənkəran rayonu, Moğonojba kənd sakini.