AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Komitə sədri: “Prezident İlham Əliyev xalq üçün bütün şəraiti yaradır”

  • + A
  • - A
  • 7-04-2018, 10:33

    Komitə sədri: “Prezident İlham Əliyev xalq üçün bütün şəraiti yaradır”














    “Xaricdə Azərbaycana qarşı söyüş və təhqir yağdıran şəxslərin səviyyəsi yoxdur. Əgər onların normal səviyyəsi olsaydı, bu cür hərəkətlərə yol verməzdilər. Bilirsiniz, bəlkə də ayrı-ayrı adamlara hər hansı hərəkət etmək olar. Ancaq dövlətin atributlarına və prezidentinə qarşı aşağılayıcı hərəkətlər etmək dövlətə, Vətənə və millətə edilən xəyanətdir”.
    Bu fikirləri açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov bildirib.

    Komitə sədri deyib ki, Azərbaycanda söz azadlığı və demokratiya olduğu üçün həmin şəxslər ayrı-ayrı şəxslərə qarşı təhqiramiz hərəkətlərə yol verir:
    “Azərbaycan dövləti də onlara qarşı tədbir görmür. Amma onlar bunu başqa ölkələrə qarşı etsəydilər, çoxdan ən ağır cəzalarını alardılar”.
    E.İbrahimov qeyd edib ki, aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq çox yüksək səviyyədə davam edir:
    “Camaat prezident İlham Əliyevin ölkədə gördüyü böyük və uğurlu işləri görərək, bunu yüksək qiymətləndirir. Yerlərdə insanlar bəyan edir ki, prezident İlham Əliyevin alternativi yoxdur.

    Çünki cənab İlham Əliyev ötən 15 ildə Azərbaycanı dünyaya tanıdıb, nüfuz qazandırıb. Bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib. Azərbaycan bütün sahələrdə olduğu kimi, hərbi sahədə də böyük inkişaf yolu keçib. Artıq aprel döyüşlərinin 2 ili tamam oldu. Biz aprel döyüşlərində Azərbaycan ordusunun nə qədər güclü və qüdrətli olduğunu bir daha göstərdik. İnanın ki, bir qədər vaxt, imkan olsaydı, biz bütün işğal altında olan torpaqları geri qayatara bilərdik. Yəni, bütün bunları insanlarımız da görür və qeyd edir”.
    Deputat vurğulayıb ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı genişmiqyaslı işlər həyata keçirilir:

    “İndi artıq kənd yolları da asfaltlanır. Bütün bu şərait camaat üçün yaradılır. Ölkəmizdə olan qazlaşmanın səviyyəsi 93 faizi ötüb. Cənab prezident göstəriş verib ki, bu il ölkə üzrə qazlaşmanın səviyyəsi 95 faizə çatdırılsın. Bütün bu göstəricilər əhalinin sosial rifahının yaxşılaşdırılmasına hesablanıb. Əhali sabit və təhlükəsiz ölkədə yaşadığını anlayır. Prezident İlham Əliyev xalq üçün bütün şəraiti yaradır. Bundan böyük siyasət nə ola bilər? Cənab İlham Əliyev 2003-cü ildə prezident seçiləndə vəd etmişdi ki, mən hər bir azərbaycanlının prezidenti olacam. Artıq bu vədini yerinə yetirib. Odur ki, Azərbaycanda hər bir əhaliyə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Cənab prezidentin dünyada da çox böyük nüfuzu var”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR