AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda Əminə Ərdoğanın təşkilatçılığı ilə "Türk mətbəxi həftəsi" keçirilib - FOTO - ÖZƏL

  • + A
  • - A
  • 21-05-2022, 22:23

    Bakıda Əminə Ərdoğanın təşkilatçılığı ilə "Türk mətbəxi həftəsi" keçirilib - FOTO - ÖZƏL

    Azadmedia.az - Türkiyə Prezident Administrasiyası və Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğanın təşkilatçılığı ilə həm ölkə daxilində həm də xaricdə eyni vaxtda qeyd olunan "Türk mətbəxi həftəsi" çərçivəsində Bakı Yunus Əmrə İnstitutunda keçirilən tədbirə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Ər, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komissiyasının sədri Qənirə Paşayeva, tanınmış mədəniyyət və incəsənət nümayəndələri qatılıb.

    Səfir Cahit Bağcı tədbirdə çıxışı zamanı türk mətbəx mədəniyyətinin özünəməxsus mədəniyyət olduğunu və tarixi zənginlik baxımından müəyyən nizam, ahəng və estetikanı özündə birləşdirən bənzərsiz bir mədəniyyət olduğunu bildirib.

    Səfir, Türk kulinariya mədəniyyətinin dünyanın ən görkəmli mətbəxlərindən və saraylara qədər girmiş bir mətbəx olduğunu, türk millətinin ən çətin, yoxsul vaxtlarda belə ləzzətlər ortaya çıxara bildiyini bildirib.

    Türk dünyası mətbəxindəki oxşarlıq və fərqliliklərə də toxunan səfir "Bunlar bizim zənginliklərimizdir və bunları qorumaq və yaşatmaq üçün həyata keçirilən bu tədbir son dərəcə dəyərli və əhəmiyyətlidir. Əks halda vəhşi kapitalizm və müasir mədəniyyət mədəni elementlərimizi və kulinariya mədəniyyətimizi də məhv etməkdədir. Türk mətbəxi fast food mədəniyyətinə qarşı müqavimət göstərməyə çalışır və dirəniş göstərir. Bunu qoruyacaq olan da bizik.", - deyə bildirib.

    Tədbirdə qonaqlara  türk mətbəxindən İstanbul menyusu təqdim olunub.

    Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı “Əsrlik reseptlərlə türk mətbəxi” kitabının təqdim olunduğu tədbirdə qonaqlara aşpazlar tərəfindən yeməklərin necə hazırlandığı barədə təqdimat da edilib.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR