AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə səfiri 10 yaşlı bədii qiraətçi Zəhra İmranlı ilə görüşdən “tvit” paylaşdı

  • + A
  • - A
  • 18-10-2021, 11:14



    Cahit Bağçı: “Zəhra qızımızın şeirindəki duyğular qardaşlıq bağımızın sarsılmaz və ürəkdən olduğunu bir kəs daha göstərdi”

    AzadMedia.az xəbər verir ki, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı oktyabrın 15-də bədii qiraətçi, 4-cü sinif şagirdi Zəhra İmranlı ilə görüşüb.

    Türkiyə səfirliyində baş tutan görşdə Zəhra İmranlının Türkiyə, o cümlədən Azərbaycan-Türkiyə dostluğu ilə bağlı şeirlərindən məmnunluğunu ifadə edən səfir Cahit Bağçı, bu şeirlərdə türk xalqının şərə, ədalətsizliyə, yalanlara qarşı mübarizəsinin, eyni zamanda türk sevgisinin parlaq şəkildə öz əksini tapdığını vurğulayıb.

    Zəhra İmranlı səfir Cahit Bağçı ilə görüşdə Türkiyə türkcəsində yazılan “Soykırım yalanı” adlı şeiri ifa edib. Xatırladaq ki, şeirdə qondarma “erməni soyqırımı” ilə bağlı iddiaların əsassızlığı əks olunub, əsl soyqırımın ermənilər tərəfindən türk xalqına qarşı törədildiyi vurğulanıb.

    Zəhra İmranlıya şair və qiraətçi kimi fəaliyyətində uğurlar arzulayan Türkiyə səfiri, ona öz tövsiyə və məsləhətlərini verib.

    Azyaşlı bədii qiraətçi görüşə görə Türkiyə səfirinə öz təşəkkürünü bildirib, gələcək fəaliyyətində də Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı yeni şeirlər səsləndirəcəyini bildirib.

    Görüşün sonunda xatirə şəkli çəkilib, səfir Cahit Bağçı Zəhra İmranlıya hədiyyə təqdim edib.

    Daha sonra tvitter səhifəsində paylaşım edən Türkiyə səfiri, görüşlə bağlı təəssüratlarını aşağıdakı kimi ifadə edib:

    “Qarabağlı, laçınlı bir ailənin iki gözəl övladını qonaq etdik. Zəhra qızımız şeirləri, qardaşı Fərid tarının tembri ilə enerjimizi ikiyə qatladı. Zəhra qızımızın şeirlərindəki duyğular və Tayyib Ərdoğan sevgisi qardaşlıq bağımızın sarsılmaz və ürəkdən olduğunu bir kəs daha göstərdi”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR