AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan özünü etibarlı ölkə kimi təsdiqləyib - ÖZƏL

  • + A
  • - A
  • 6-06-2022, 11:48

    Azərbaycan özünü etibarlı ölkə kimi təsdiqləyib - ÖZƏL
    Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Prezident İlham Əliyev çıxış edib. Çıxış zamanı ölkə başçısı pandemiya səbəbindən müəyyən fasilədən sonra Xəzər Neft və Qaz Sərgisinin yenidən başlanmasına görə təşkilatçılara təşəkkürünü bildirib.

    Sonra ölkə rəhbəri Neft və Qaz Sərgisində və Bakı Enerji Həftəsində keçiriləcək müzakirələrin əhəmiyyətindən danışıb. Bunun üçün sərgi təşkilatçılarının rolunun vacibliyini qeyd edib. Bildirib ki, Azərbaycan dünyaya açıqdır və biz Xəzər dənizini əməkdaşlıq və sərmayələr kimi görürük.

    Cənab İlham Əliyev Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən 1-ci neft boru kəmərinin fəaliyyətindən də danışıb. Eyni zamanda “Şahdəniz” yatağından da söhbət açıb. Ümumiyyətlə, ölkə rəhbəri vacib sayılan Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasından ətraflı danışıb və bildirib ki, bu dəhliz bizim öyünə biləcəyimiz layihələrdəndir. Biz həm də boru kəməri ərazisindən keçən ölkələrlə sıx əməkdaşlıq aparırırq. Avropanın qaz bazarında fəaliyyətimizi genişləndirməyə çalışırıq. Çünki Azərbaycan qazına təlabat getdikcə artır.
    Ölkə rəhbəri çıxışı zamanı Cənub Qaz Dəhlizində iştirak edən ölkələrin hökumətlərinə fəal əməkdaşlıq etdikləri üçün təşəkkürünü bildirib. Bundan əlavə Birləşmiş Ştatların və Birləşmiş Krallıqın hökumətlərinə də təşəkkür edib.
    Sonra İlham Əliyev gündəlikdə duran digər planlar haqqında məlumat verib və qeyd edib ki, Azərbaycan özünü etibarlı ölkə kimi təsdiqləyib. Ən vacib amillərdən biri də etibarlılıqdır. Prezident onuda vurğulayıb ki, Azərbaycan təkcə neft və qaz deyil eyni zamanda elektrik enerjisi də ixrac edən ölkədir.
    Bu il aparıcı enerji şirkətləri ilə birlikdə təməl qoyma mərasimindən də danışıb. Çıxışın sonunda prezident bir daha vurğulayıb ki, ölkəmiz üçün lazım olan layihələr var. Çalışacağıq ki, onları həyata keçirək. Bunun üçün lazımı təcrübəmiz var.


    Ş.Xəlilova, Masallı rayonu, Qızılağac kəndinin sakini


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR