AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev Bakı Enerji Həftəsinin açılışında iştirak edir - YENİLƏNİB

  • + A
  • - A
  • 1-06-2022, 11:02

    İlham Əliyev Bakı Enerji Həftəsinin açılışında iştirak edir - YENİLƏNİB


    Bu gün Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisi işinə başlayıb.

    Tədbirin açılışında Prezident İlham Əliyev iştirak edir.

    İyunun 4-dək davam edəcək Bakı Enerji Həftəsi Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunur.

    ***

    Bu gündən paytaxtda beynəlxalq Bakı Enerji Həftəsi (1-4 iyun) öz işinə başlayır.

    Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbiri 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpaolunan Enerji sərgiləri və Bakı Enerji Forumundan ibarətdir.

    Sərgilərdə və forumda 30 ölkədən 249 şirkət iştirak edəcək.

    Onlar arasında ABŞ, Almaniya, Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Niderland, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan var.

    Tədbirə ənənəvi olaraq Energetika Nazirliyi və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) dəstək verirlər. Sponsorların tərkibində sanballı şirkətlərin olması da onun əhəmiyyətinə diqqət çəkir. Sərgi Bakı Ekspo Mərkəzində baş tutacaq.

    Builki forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edəcək. Forumun proqramına yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli işgüzar görüşləri daxildir.

    Tədbirdə Azərbaycan, Bolqarıstan, Rumıniya energetika nazirlərinin, Moldova və Serbiyanın baş nazir müavinlərinin, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibinin, ABŞ-ın enerji ehtiyatları bürosunun və Avropa komissiyasının nümayəndələrinin, SOCAR, bp, TPAO, "Equinor", "Uniper", "Tenaris", "TotalEnergies", "Masdar", "ACWA Power" və digər şirkətlərin rəhbərlərinin məruzə ilə çıxışı gözlənilir.

    Daha bir mühüm yenilik isə ondan ibarətdir ki, foruma işğaldan azad edilmiş ərazilərdə yekun vurulacaq. İyunun 4-də Şuşa şəhərində Bakı Enerji Forumunun iştirakçıları ilə sessiya keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR