AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda yeni enerji gücləri yaranır - ÖZƏL

  • + A
  • - A
  • 5-06-2022, 23:26

    Azərbaycanda yeni  enerji  gücləri   yaranır - ÖZƏL

    Azərbaycan Respublikasının pezidenti İlham Əliyevin iştirakı ilə Bakı Ekspo Bakı Enerji həftəsi çərçivəsində 27 – ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirildi.

    Xəzər Regionunda neft- qaz sahəsinin və enerji sektorunun ən mötəbər tədbiri olan “Bakı Enerji Həftəsi” 27 – ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisini 10 - cu Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ enerji” sərgisini və Xəzər Neft və Qaz Konfransının xələfi olan “Bakı Enerji Form” nu özündə birləşdirir.
    Bu il 27- ci keçirilən Beynəlxalq “ Xəzər Neft və Qaz” sərgisi ilk dəfə 1994- cü il mayın 24 – də mərhum prezident Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilib. İlk sərgiyə 20 ölkəni təmsil edən 180 şirkət gəlmişdi. H. Əliyevdən sonra sərgi hər il təxminən eyni vaxtda keçirilən ənənəvi tədbirə çevrilmişdir. İlk dəfə reallaşanda sərgi “Xəzər Neft və Qaz” deyil , “Xəzər dənzində neft- qaz hasilaatına dair sərgi” adlanırdı. İndi əhatə etdiyi sahələrə uyğun olaraq adını da dəyişib. Üstəlik, sərgi ilə yanaşı , eyniadlı konfransda keçirilir. Sərgi və Konfrans Azərbaycan Dövlətində burada fəaliyyət göstərən qurumlardan və Beynəlxaalq şirkətdən daim dəstək alır.
    Nəzərə alsaq ki, Rusiya- Ukrayna muaribəsi hələdə davam edir. Bu həmdə Avropanın həm neftə, həmdə təbii qaza olan təlabatını artması deməkdir. Rəsmi Bakı iniki məqamda Qərbin neft və qaza olan təlabatını tam ödəyə bilməsə də bu istiqamətdə ən etibarlı tərəfdaşıdır. Hazırda ölkəmiz Avropaya illik 10 - 11 milyard kub metr qaz nəql edə bilir. Bu miqdarın gələcəkdə 20 milyard kub metrə qədər artırılması planlaşdırılır. Hesab edirəm bu mənada cənab prezidentin qeyd etdiyi “ Cənub Qaz Dəhlizi “ layihəsi olduqca vacibdir.
    Prezidentin çıxışında bir digər vacib məqamda məhz onun Azərbaycanda enerji təhlükəsizliyinə xüsusi “ yaşıl enerji” siyasətinə münasibətdə uzunmüddətli hədəflər məsələlərində həmişə konstruktiv rol oynayaraq Avropa və Asiya məkanında etibarlı tərəfdaşa çevrilib. Enerji sektorunda aparılan şaxələndirmə siyasəti, mövcud boru kəmərləri şəbəkəsi dünyada enerji təhlükəsizliyi təmin olunmasına xidmət edir.
    Təsadüfü deyil ki, çıxışı zamanı enerjini transformasiysında təbii qazın getdikcə daha çox əhəmiyyət kəsb etməsi fonunda “Cənub Qaz Dəhlizi” layihəsinin önəmindən bəhs edib. O qeyd edib ki, “Azərbaycan ünün srateji əhəmiyyət kəsb edən bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühim rol oynayır və bu enerji dəhlizinin gələcəkdə genişləndirilməsi imkanları böyükdür”.

    Ağıllı kənd və yaşıl enerji siyasətidə bərpa prosesin innovativ qanadını təşkil edir. Hesab edirəm Qarabağda innovativ yeniliklərdə istifadənin artırılması enerji regionuna çevrilməsi həm də gələcəkdə investorların bura cəlbini sürətləndirə bilər.
    Hazırda Azərbaycan enerji sahəsində böyük təcrübəsi olan şirkətlərlə birlikdə bərpa olunan yeni enerji güclərinin yaradılmasına hədəflənən iri layihələrin icrasına başlayıb. Bu, Beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini dahada artırır və onu gücləndirir.


    Səbinə Həsənova, Masallı rayonu, Mahmudavar kənd sakini


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR