İranın neft naziri Cavad Ouci Azərbaycana səfər edib.
AzadMedia.az İRNA agentliyinə istinadən xəbər verir ki, o, 3 günlük səfər çərçivəsində Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin tədbirlərində iştirak edəcək.
Azərbaycan Energetika Nazirliyi və Azərbaycan Milli Neft Şirkətinin (SOCAR) dəstəyi ilə təşkil olunan Xəzər Neft və Qaz Sərgisi iyunun 4-dək davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.