İran İslam Respublikasının Səfirliyi açıqlama yayıb.
Azadmedia.az xəbər verir ki, ölkəmizdəki səfir Seyid Abbas Musəvi Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh danışıqlarını və təşəbbüslərini dəstəklədiyini bildirib, amma prinsip ondan ibarətdir ki, müxtəlif ölkələr ikitərəfli, regional və müzakirələrdə öz maraqlarını başqa ölkələrin maraqlarına zidd irəli sürməməlidirlər, - deyən səfir, qeyd edib ki, 30 ildir ki, İran torpağı Azərbaycan Respublikasını Naxçıvanla birləşdirən əsas yol olub və indi də belədir.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra baş verən son hadisələrlə yaxından tanış olmaq məqsədi ilə Bakıda fəaliyyət göstərən 160-a yaxın rezident və qeyri-rezident səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri işğaldan azad edilmiş Füzuli, Şuşa şəhərlərində və Laçın dəhlizində (Ermənistanın Xankəndiyə çıxış yolu - Qarabağın mərkəzi) olub.
İranın Azərbaycan Respublikasındakı səfiri və hərbi attaşesinin də iştirak etdiyi bu səfərdə, Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev və Azərbaycan Prezidentinin Qarabağın xüsusi rayonları üzrə xüsusi nümayəndələri Ermənistanla davamlı sülhün əldə edilməsi üçün siyasi danışıqların son gedişatı, bağlanmış tranzit yollarının açılması, minatəmizləmə, yenidənqurma və s. işlər barədə izahatlar veriblər.
Bu səfər çərçivəsində İran İslam Respublikasının səfiri jurnalistlərin suallarını cavablandırarkən Qarabağda işğal olunmuş ərazilərin azad edilməsindən və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın həyata keçirilməsindən bir daha məmnunluğunu ifadə edərək vurğulayıb ki, təxminən 30 ildir ki, İran torpağı qardaşlarımızın gediş-gəlişi və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən əsas tranzit marşrutu olub və Azərbaycan Respublikasının rəsmiləri tərəfindən yüksək qiymətləndirilən bu marşrut hələ də ölkənin əsas hissəsi və Naxçıvan Muxtar Respublikasındakı qardaş və bacılarımızın gediş-gəlişi üçün mövcud olan əsas marşrutdur.
Musəvi əlavə edib: "Biz regionun yeni reallıqlarını başa düşürük, lakin hesab edirik ki, istənilən regional plan bu reallıqlara əsaslanmalıdır və yaxşı olar ki, region ölkələri bütün məsələləri 3+3 platforması çərçivəsində qaldırıb həll etsinlər".
Eyni zamanda İran İslam Respublikasının səfiri Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh danışıqları və təşəbbüslərini dəstəkləyərək əlavə edib: "Beynəlxalq münasibətlərdə əsas prinsiplərdən biri odur ki, ikitərəfli, regional danışıqlarda müxtəlif dövlətlər öz maraqlarını başqa dövlətlərin maraqları ilə ziddiyyət təşkil edərək müəyyən etməsinlər.