AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda beynəlxalq konfransın keçirilməsi ilə əlaqədar təşkilat komitəsi yaradıldı - SƏRƏNCAM

  • + A
  • - A
  • 11-03-2023, 16:54

    Bakıda beynəlxalq konfransın keçirilməsi ilə əlaqədar təşkilat komitəsi yaradıldı - SƏRƏNCAM


    Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar təşkilat komitəsi yaradılır.

    Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    “İdman sahəsində hökumətlərarası təşkilatları, idman hərəkatlarını, ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını və idman mütəxəssislərini bir araya toplayan UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Beynəlxalq Konfransı (MINEPS) dünyada bədən tərbiyəsi və idman sahəsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biri hesab olunur.

    2022-ci il oktyabrın 28-də Paris şəhərində UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CIGEPS) növbəti sessiyasında Azərbaycan Respublikası Hökuməti ilə UNESCO arasında Ev sahibliyi haqqında Saziş imzalanıb və Azərbaycan 2023-cü ildə keçiriləcək Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransına (MINEPS VII), eləcə də əlaqədar yığıncaqların təşkilinə ev sahibliyi etmək hüququ əldə edib.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

    Təşkilat Komitəsinin sədri:

    Azərbaycan Respublikasının gənclər və idman naziri

    Təşkilat Komitəsinin üzvləri:

    Azərbaycan Respublikası maliyyə nazirinin müavini;

    Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini;

    Azərbaycan Respublikası xarici işlər nazirinin müavini;

    Azərbaycan Respublikası daxili işlər nazirinin müavini;

    Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini;

    Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini;

    Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;

    Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini;

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini;

    Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti rəisinin müavini;

    Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini;

    Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini;

    Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini;

    Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini;

    Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini;

    Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini;

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini;

    Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi İdarə Heyətinin sədri;

    Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi;

    Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyasının Baş katibi;

    Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini;

    Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri;

    “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri;

    “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti;

    Bakı Konqres Mərkəzinin direktoru.

    2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirsin.

    3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR