Türkmənistan rəsmiləri türkmən xalqının milli lideri, Xalq Şurasının sədri və eks-prezident Qurbanqulu Berdiməhəmmədovun anası Oqulabat Berdiməhəmmədovanın vəfat etdiyini təsdiqləyib.
Belə ki, bu barədə ölkə mediası məlumat yayıb.
Bildirilib ki, Oqulabat Berdiməhəmmədova 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Oqulabat Berdiməhəmmədova hazırkı dövlət başçısı Sərdar Berdiməhəmmədovun nənəsidir.