Bakı, 1may - Azadmedia.azQusar Rayon Polis Şöbəsi tərəfindən Piral kənd tam orta məktəbdə narkomaniya və erkən nikaha qarşı maarifləndirici tədbir təşkil olunub.
Görüşdə şagirdlərlə zərərli vərdişlərin doğurduğu təhlükələr, xüsusilə narkotik vasitələrin insan sağlamlığına mənfi təsiri və erkən nikahın yaratdığı sosial problemlər barədə fikir mübadiləsi aparılıb. Gənclərə düzgün seçim etməyin, təhsilə önəm verməyin və sağlam həyat tərzi sürməyin vacibliyi izah olunub.
Tədbir çərçivəsində şagirdlərə Polis Akademiyası haqqında məlumat verilib, akademiyada təhsil imkanları və polis peşəsinin üstünlükləri diqqətə çatdırılıb.
Sonda şagirdlərin sualları cavablandırılıb və belə görüşlərin onların gələcək həyatına müsbət təsir etdiyi vurğulanıb.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.