Ermənistanın keçmiş hakimiyyəti özü Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı, biz tələdən çıxa bilmədik. Azadmedia.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün respublika parlamentində deyib.
“Əgər Madrid prinsiplərindən əvvəl Dağlıq Qarabağın “öz müqəddəratını təyinetmə” yeri SSRİ idisə, Madrid prinsiplərindən sonra Ermənistan tərəfinin “parlaq” diplomatiyası nəticəsində Azərbaycan özünün müqəddəratını təyinetmə məkanına çevrildi. Madrid prinsiplərinə görə, Ermənistan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Bu gün biz o meyvələri yığırıq.
Səhvimiz odur ki, biz bunu hələ 2018-ci ilin mayında deməmişik. Fikirləşdik ki, birtəhər bu tələdən çıxa bilərik. Amma tələ beynəlxalq səviyyədə razılaşdırıldığı üçün biz bunu edə bilmədik.
“Madrid prinsiplərinə qədər erməni tərəflərinin mövqeyi belə idi ki, Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb və SSRİ-nin dağılması kontekstində öz müqəddəratını təyin etmək hüququndan istifadə edib. SSRİ-nin digər subyektləri kimi, Alma-Ata Bəyannaməsində qeyd olunan öz müqəddəratını təyinetmə hüququnu həyata keçirərək müstəqillik əldə etdilər.
Etibarlı məlumatlara görə, bu prinsiplərin müəllifi erməni tərəfi olub.
Əgər biz Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi hesab etmiriksə, onda onun statusu məsələsi niyə Azərbaycanla razılaşdırılmalıdır?
Onların ortaya qoyduğu bu məntiq o deməkdir ki, Dağlıq Qarabağ öz müqəddəratını təyin etmək üçün Azərbaycanın tərkib hissəsi olmalıdır, əks halda o, öz müqəddəratını kimlə müəyyən edir?
Ən böyük səhvimiz odur ki, 2018-ci ildə bunu insanlara izah etməmişik.
Qarabağı danışıqlardan çıxaran Ermənistan daha sonra dedi: “Mən Qarabağın öz müqəddəratını təyin etmək hüququndan istifadə etməyə gəlmişəm”.
Onlar isə Ermənistana belə cavab veriblər: “Əgər bunu deyirsənsə, bu, ərazi mübahisəsidir, ərazi iddiasıdır”. Dağlıq Qarabağ probleminin bütün mahiyyəti deformasiyaya uğrayıb”, - Paşinyan bildirib.