AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyənin iki şəhərində terrorla mübarizəyə qarşı əməliyyat keçirildi - 100-dən çox şübhəli

  • + A
  • - A
  • 25-04-2023, 14:18

    Türkiyənin iki şəhərində terrorla mübarizəyə qarşı əməliyyat keçirildi -


    Türkiyənin Daxili İşlər Nazirliyinin Erzurum və Nevşehir şəhərlərində terrorla mübarizəyə qarşı keçirdikləri əməliyyat çərçivəsində 133 şübhəli şəxs saxlanılıb.

    Azadmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

    Həmçinin o bildirib ki, əməliyyatlarda 864 nəfərlik şəxsi heyət, xüsusi təlim görmüş 10 it iştirak edib: “47 fərqli ünvanda əməliyyat keçirdik. Nəticədə ümumilikdə 152 şübhəli şəxsdən 133-ü ələ keçirildi”.

    S.Soylu qeyd edib ki, əməliyyat çərçivəsində hansısa itki olmayıb: “Əməliyyatlarımız bundan sonra da davam edəcək. Türkiyənin hər nöqtəsində narkotiklə mübarizəmizi davam etdirəcəyik. Narkotiklə mübarizə bizim prioritetlərimizdən biridir. Bu sahədə əsla geri addım atmayacağıq, narkotiklə mübarizədən imtina etməyəcəyik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR