Liviya Silahlı Qüvvələri Sudanla sərhədi bağlayıb və ölkənin cənub-şərqindəki Kufrə şəhərinə əlavə qüvvələr göndərib.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV Liviya Silahlı Qüvvələrinin Ali Komandanlığındakı mənbələrə istinadən məlumat yayıb.
Belə ki, Liviya ordusu Sudanda ordu ilə xüsusi təyinatlılar arasında davam edən qarşıdurmalara görə, bu gün qonşu ölkə ilə sərhədini bağlayıb. Liviyanın bu bölgədəki ərazisindən qaçaqmalçılıq və insan alveri ilə məşğul olan silahlı qruplar və cinayətkar dəstələr istifadə edir.
Qeyd edək ki, hal-hazırda sərhəd keçid məntəqəsi Liviya ordusunun nəzarəti altındadır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.