Rusiyaya qarşı hibrid müharibə aparılır.
Azadmedia.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının videokonfrans formatında keçirilən sammitində çıxışında bildirib.
Belə ki, onun sözlərinə görə, Rusiya xarici təzyiq və sanksiyalara inamla müqavimət göstərir və bundan sonra da müqavimət göstərəcək.
Həmçinin Putin çıxışında ötən ayın sonunda Rusiyada baş vermiş silahlı qiyam cəhdinə də toxunub və vurğulayıb ki, Rusiya xalqı həmişəkindən daha çox birləşib: "Rusiyalılar vahid cəbhədə qiyam cəhdinə qarşı çıxdılar".
Qeyd edək ki, Putin Rusiyanın ŞƏT-in Yeni Dehli Bəyannaməsinin layihəsini dəstəklədiyini də söyləyib. Əlavə edib ki, ŞƏT beynəlxalq hüquqa əsaslanan dünya nizamının formalaşmasına qətiyyətlə sadiqdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.