Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində kamikadzenin törətdiyi partlayış nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, qeyd olunub ki, baş vermiş hadisə nəticəsində 200 nəfərə yaxın şəxs yaralanıb.
Qeyd edək ki, dünən Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində yerli vaxtla saat 16:00 radələrində kamikadzenin özünü partlatması nəticəsində terror hadisəsi baş verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.