Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində koalisiyanın İslam Alimləri Assambleyası partiyasının konqresi zamanı törədilən terror aktı nəticəsində azı 44 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Azadmedia.az xəbər verir ki, bu barədə Xayber-Paxtunxvanın səhiyyə naziri Riaz Ənvar məlumat verib.
“Bu, intihar hücumu idi. Terrorçu səhnənin bilavasitə yaxınlığında özünü partladıb”, - deyə o əlavə edib.
Partlayış partiya liderlərindən birinin təxminən 400 nəfərdən ibarət tərəfdarlar qrupu ilə danışması zamanı baş verib, hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər.
Pakistanın baş naziri Şahbaz Şərif hücumun araşdırılması və məsuliyyət daşıyanların tapılması barədə göstəriş verib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.