"Zəngəzur dəhlizi dərhal açılmalı və yaxın vaxtlarda hərtərəfli sülh sazişi əldə edilməlidir”. Azadmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin də müzakirə edildiyi görüşdə Ərdoğan bu proses üçün Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin tezliklə imzalanmasının vacibliyini vurğulayıb.
Türkiyə-Azərbaycan ticarətinin həcminin 15 milyard dollara çatdırılması istiqamətində səylərin davam etdirildiyini açıqlayan Ərdoğan enerji və nəqliyyat sektorlarında birgə əməkdaşlığın hər iki ölkənin maraqlarına uyğun olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.