Avropa İttifaqı və Türkiyə Gömrük İttifaqı sazişinin genişləndirilməsi ilə bağlı danışıqlar aparır.
Azadmedia.az-ın verdiyi xəbərə görə, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Qeyd edək ki, həmin agentlik onu da diqqətə çatdırır ki, ötən ay Aİ xarici işlər nazirləri Ankaranın İsveçin NATO-ya üzvlüyünün təsdiqinə prinsipial razılıq verməsindən sonra “Türkiyə ilə ikitərəfli əlaqələrin gücləndirilməsi” üzərində işləməyə hazır olduqlarını bəyan ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.