Ukrayna Səudiyyə Ərəbistanında dövlət başçılarının milli təhlükəsizlik və siyasi müşavirləri səviyyəsində ikinci görüşü hazırlamağa davam edir. Görüşdə Ukrayna Prezidenti Vladimir Zelenskinin sülh formuluna əsaslanan prinsiplər müzakirə olunacaq.
Azadmedia.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak Teleqram səhifəsində yazıb.
Belə ki, “Səudiyyə Ərəbistanında məqsədimiz sülh formuluna dair ümumi baxışı inkişaf etdirmək, qarşıdakı Qlobal Sülh Sammitinə ev sahibliyi etmək imkanlarını araşdırmaqdır”, - deyə Yermak qeyd edib.
Qeyd edək ki, Yermakın sözlərinə görə, Ukrayna dünya nizamını, beynəlxalq hüququ bərpa etməli, BMT Nizamnaməsi və Kiyevin şərtləri əsasında ədalətli dünya qurmalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.