Rusiya inkişaf etməkdə olan ölkələri asılı vəziyyətə salmaq üçün onlara ucuz taxıl təklif edir.
Azadmedia.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
Belə ki, “Dünya tədarükün kəsilməsi və qiymət artımı ilə məşğul olduğu bir vaxtda Rusiya aşağı qiymətlərlə taxıl tədarükü üçün ikitərəfli təkliflərlə həssas ölkələrə müraciət edir”, - deyə Borrell bildirib.
Həmçinjn onun sözlərinə görə, AB sanksiyaların üçüncü ölkələrin ərzaq təhlükəsizliyinə təsir etməməsi üçün hər cür səy göstərib.
Qeyd edilib ki, “Rusiyanın üçüncü ölkələrə ərzaq məhsulları və gübrə ixracına qarşı heç bir sanksiya yoxdur”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.