Rusiya hökuməti Norveçi dost olmayan ölkələr siyahısına daxil edib.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin saytında məlumat dərc olunub.
Belə ki, Rusiya hökuməti Norveçi Rusiyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlər siyahısına daxil edib.
Qeyd edək ki, qəbul olunan qərar dost olmayan ölkələr üçün Rusiya ərazisində olan şəxslərin arasından səfirliklərə, konsulluqlara, dövlət orqanlarının nümayəndəliklərinə və dövlət qurumlarına işçi qəbulu imkanlarının tamamilə məhdudlaşdırılmasını nəzərdə tutur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.