İsveç Ukrayna ilə bağlı Səudiyyə Ərəbistanında keçiriləcək məsləhətləşmələrdə iştirak edəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə İsveç Krallığının Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, İsveç hökumətinin nümayəndə heyəti bu həftə keçiriləcək görüşdə iştirak edəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 5-6 avqust tarixlərində Ciddə şəhərində Ukrayna üzrə sülh danışıqları keçirməyi planlaşdırır. Görüşə 30 ölkədən yüksək rütbəli rəsmi şəxslər gələcək, lakin Rusiya bu siyahıda yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.