Türkiyə Ali Hərbi Şurasının iclası keçirilir.
Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Ali Hərbi Şuranın (YAS) iclası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə başlayıb.
İclasdan əvvəl prezident Rəcəb Tayyib Ərdoğan və Ali Hərbi Şuranın üzvləri Türkiye Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Mavzoleyini-Anıtqəbiri ziyarət ediblər.
Anıtqəbirdəki xüsusi dəftərə ürək sözlərini yazan Türkiye Prezidenti deyib:
"Türkiye Yüz İlini inşa etmək üçün hər sahədə ciddi səylər göstəririk. Bu mübarizədə bizim ən böyük güc mənbəyimiz Türkiye Silahlı Qüvvələrimizdir. İnşallah bugünkü şura iclasımızda alacağımız qərarlarla ordumuza güc qatacağıq''.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.