Maliyə lazımi yardım çatdırılmayacağı təqdirdə ilin sonuna qədər 200 min uşağın aclıqdan ölə biləcəyi xəbərdarlığı edilib.
BMT-nin Uşaq Fondu (UNICEF) və BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) mövzu ilə bağlı birgə bəyanat yayıb.
Bəyanatda bildirilib ki, davam edən münaqişələr, yerdəyişmə və məhdud humanitar yardım səbəbiylə ilin sonuna qədər 5 yaşdan kiçik təxminən 1 milyon uşaq kəskin qida çatışmazlığına məruz qala bilər.
Mali əhalisinin təxminən dörddə birinin qida çatışmazlığı ilə mübarizə apardığına diqqət çəkilərək, Menaka bölgəsində çoxu uşaq olmaqla 2500 adamın aclıq təhlükəsi ilə üzləşdiyi qeyd edilib.
Açıqlamada dünyada bir çox problemin olduğu bir vaxtda “kimin xilas ediləcəyini seçmək haqqının” olmadığına diqqət çəkilərək, Malidəki humanitar problemin tez bir zamanda həllini tapmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Bəyanatda o da vurğulanıb ki, əgər Maliyə lazımi yardım çatdırılmasa, 2023-cü ilin sonuna qədər 200 min uşaq aclıqdan ölə bilər.Vəziyyətin ciddiliyinə baxmayaraq, ölkəyə ayrılan yardımlar çox aşağı səviyyədədir. TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.