Son 10 ildə ilk kruiz gəmisi Rusiyanın Samara vilayətinin Sızran limanına girəcək.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Samara vilayətinin qubernatoru Dmitri Azarov bildirib.
Belə ki, onun sözlərinə görə, federal büdcədən 485 milyon rubl məbləğində vəsait Samara vilayətində turizmin inkişafına ayrılıb. Bu investisiyalar çərçivəsində kruiz gəmilərinin sahilə yan alması üçün Volqa çayının Sızran sahilləri yaxınlığındakı məcrasının təmizlənməsi üzrə işlər aparılıb.
Həmçinin Azarov qeyd edib ki, son 10 il ərzində bu ilk dəfədir ki, kruiz gəmisi Sızran sahillərinə yan alacaq, bu da şəhərin görünüşünü yaxşılaşdıracaq və onu turistlər üçün daha cəlbedici edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.