AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qənirə Paşayeva ilə vida mərasimi keçirilir - Yenilənir

  • + A
  • - A
  • 29-09-2023, 10:07

    Qənirə Paşayeva ilə vida mərasimi keçirilir -


    Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva ötən gün axşam saatlarında müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib.
    Azadmedia.az-ın məlumatına görə, millət vəkili ilə vida mərasimi başlayıb. Heydər məscidində keçirilən mərasimdə mərhumun ailə üzvləri, dostları və digər şəxslər iştirak edirlər.
    Q.Paşayeva saat 11-də İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
    Qeyd edək ki, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
    Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinikanın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq, millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR